Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə142/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
172
mənşədən, bir “ulu kök dildən” törəməsinə dəlalət eləmir. Çünki 
heç cür belə bir iddiaya bəraət qazandırmaq mümkün deyildir 
ki, dil haradasa böyük yer kürəsinin bir nöqtəsində yaranıb və 
oradan da zaman-zaman insanların geniş ərazilər boyunca yayıl-
ması baş verib. O iddianı da əsaslandırmağa kifayət qədər dəlil 
tapmaq mümkün deyildir ki, genetik müştərəkliyin səbəbi (və 
ya səbəblərindən biri) dillərin tarixi çarpazlaşması, kontaktı və 
miqrasiyaların baş verməsinin nəticəsidir. Söhbət ibtidai dildən 
gedirsə ibtidai insan barədə düşünmək lazım gəlir. Əgər dil ibti-
dai formada səslərdən, imitasiyalardan, çağırış elementlərindən 
və nəhayət birhecalı köklərdən ibarət olmuşsa bu o deməkdir ki, 
ilkin insan təfəkkürünün özü ibtidai şəkildə mövcud olmuşdur. 
Bu halda, ibtidai insan hansı üsulla, hansı texniki vasitələrdən 
istifadə edə-edə keçilməz dağları, meşələri, çölləri, səhraları 
dolaşıb dünya üzünə yayıla bilərdi və ya dənizlərdəki, okean-
lardakı ağlagəlməz münbit şəraiti olan adalarda yerləşə bilərdi? 
Bunlar ibtidai insanların təbiəti dərketmə səviyyəsi ilə uyğunla-
şa bilməyən reallıqlardır. Ancaq arxtarıldıqda, tədqiq olunduqda 
təsəvvürə gəlməyən yerlərdə yaşayan və həm də qəbilə-tayfa 
ənənələrini yaşadan insanların dilləri ilə, o cümlədən ölüb get-
miş dillərin elementləri ilə müasir dillər arasında genetik müş-
tərəkliklərin mövcudluğunu təsdiq etmək çətinlik törətməz. 
Məsələ bundadır ki, mövcud nəzəriyyələrin hər birində dillərin 
yaranması ilə bağlı pozitiv fikirlər olsa da onların heç birində 
müştərək elementlərin mövcudluğunun səbəblərini tam şəkildə 
izah edə biləcək arqumentlər tapıla bilmir.
4. Dillərin necə yaranması məsələsinin şərhi əlbəttə ki
asanlıqla həll edilə bilməyən bir sahə olduğundan indiyədək bu 
barədə bir-birindən fərqli fərziyyə və mülahizələr irəli sürülmüş-
dür. Dillərin yaranması məsələsi birbaşa insanın özünün necə 
yaranması ilə bağlıdır. Bu mənada, əlbəttə ki, insanın necə ya-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin