Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə139/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
168
saxlanılır. Kən, kənd tərkiblərinin özlərinin məna xüsusiyyə-
tinə gəlincə onlarda da bağlılıq anlayışının izləri saxlanılır. Ba-
lık adındakı ba hissəsinin bağlılıq anlayışı bildirməsini nəzərə 
alaraq toponimlik adlardakı kənd, kən tərkiblərinin də bağla-
maq motivasiyası üzrə formalaşdığını söyləmək mümkündür. 
Məsələn, kəndir, örkən kimi sözlərdə kən tərkibinin bağlılıq 
bildirməsi müşahidə olunur. Kən tərkibinin kan adekvatı rus di-
lində bağlılıq anlayışı bildirən aşağıdakı kimi sözlərdə işlənir: 
аркан (kəmənd), арканить (kəməndlə tutmaq), канат (yoğun 
ip), кандалы (buxov), канатник (çatıotu, kəndirotu) və s.
Rus dilində, hətta, kəndir bitkisinin adını bildirən кендырь 
fitoniminə də rast gəlmək olur.Ərəb dilində şəhər mənasında 
bələd sözü işlənir. Sözün bəl hissəsi Azərbaycan dilindəki bələk
bəlgə kimi sözlərdəki bəl tərkibi ilə mənaca adekvatlıq təşkil 
edir. Bələk və bəlgə sözlərində də ümumi anlayış bağlamaqla, 
bürüməklə əlaqədardır. Bələk sözü körpə uşağın büründürülmə-
si, bəlgə sözü isə həm paltarın və ya qalın parçanın qola dolan-
ması və həm də oğlan evinin qız evinə bir nişanə aparıb onların 
adlarının bir-birinə bağlanması mənasında işlənir.
Beləliklə, ərəb dilində şəhər mənasındakı bələd sözündə 
də bağlamaqörtülü olmaq motivi müşahidə olunur. Bir sözlə, 
müqayisə edilən şəhər mənalı bu sözlərin formalaşmasının mo-
tivində bağlılıq, örtülülük anlayışı dayanır.
Müasir Azərbaycan dilində işlənən fars mənşəli şəhər sö-
zünün şəh tərkibi şah, padşah mənasındadır. Şəhər sözü də bu 
mənada şahın əyləndiyi yer, məmləkət anlayışı bildirir. Ümu-
milikdə, şəhər sözünün motivində oturmaq, yerləşmək anlayışı 
vardır. Rus dilində isə şahın, hökmdarın əyləşdiyi, oturduğu yer 
столица adlandırılmışdır. Столица sözünün kökündə fleksiya-
laşmış (daxili saiti kənara çıxmış) st elementi iştirak edir. St 
elementlərini bütöv kök kimi şərti bərpa etdikdə 
*
sit forması alı-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin