Linqvistik tipologiya 169 nır. Sit formasının sid variantı isə сидеть (oturmaq, əyləşmək),
сидячий (oturan, oturmuş) sözlərinin əvvəlində işləndikdə söz
kökünün oturmaqla, əylənməklə, yerləşməklə bağlı vəziyyət an-
layışı konkretləşir. St tərkibi, eyni zamanda, oturmaq üçün işlə-
dilən stul, üzərində iş görmək üçün işlədilən stol sözlərinin əv-
vəlində də iştirak edir. Столица sözünün motivində bu mənada,
ayaqları olan taxtda əyləşmək mənası durur. Столица sözünün
bazasında düzəlmiş стул sözündə isə ayaqları olan və oturmaq
üçün işlədilən əşya mənası bildirilir. Bütövlükdə столица sözü
ayaq və oturmaq anlayışları üzrə motivləşmişdir.
Fars dilində столица sözünün qarşılığı kimi işlənən paytaxt sözü vardır. Bu söz Azərbaycan dilində ölkənin mərkəz şəhəri,
hökmdarın, ölkə rəhbərinin oturduğu yer mənasında işlənmiş-
dir. Bu cəhətdən şəhər və paytaxt sözləri arasında ilkin hökmdar
oturan yer motivi mövcuddur. Paytaxtsözünün pa (y) hissəsi
fars dilində ayaq mənası bildirir. Pa kökündən payə (paye) sözü
düzəlmişdir ki, bu da stolun ayağı, mərtəbə və rütbə mənaları-
nı daşıyır. Sözün ikinci hissəsi olan taxt isə çarpayı, kreslo mə-
nasında əyləşmək və uzanmaq üçün işlədilən əşya adı bildirir.
Bu mənada столица və paytaxt sözlərinin oxşar motiv əsasında
formalaşdığı müəyyən olunur. İngilis dilində şəhər mənası sity sözü ilə ifadə olunur. Sözün kökündə oturmaq mənası bildirən
sit tərkibi işlənir. İngilis dilində sit sözü ilə oturmaq mənalı
aşağıdakı kimi vahidlər formalaşmışdır: sit down (oturan), site (məskunlaşma), sitting (iclas, iclasda oturanlar), sitting room (qonaq evi). Göründüyü kimi, столица, paytaxt, city və şəhər
sözlərinin motivində ümumi bir oturmaq, əyləşmək, yerləşmək anlayışı ifadə olunur.
Müxtəlifsistemli dillərdə mövcud olan motivləşmiş sözlərə
dair qış sözünü də nümunə götürmək olar. Qış anlayışı rus di-
lində zima, fars dilində isə zimistan (zemestan) sözləri ilə ifadə