Linqvistik tipologiya
165
Fars dilində əl və qol anlayışı bildirən dəst sözündən dəstək
(qulp), dəstə (bir ələ sığan bağlama), dəstnəvis (əlyazma), dəst-
duzi (əl işi), dəstdadən (əl vermək) sözləri düzəlmişdir. İngilis
dilində əl və qol mənası bildirən hand sözündən də eyni qayda
üzrə handl (qulp), handgrip (əl vermək), handeart (əl arabası)
kimi sözlər düzəlmişdir. Ərəb dilində əl-qol bildirən əyd sözün-
dən leyd (əl işi), fransız dilində mayn sözündən manivel, ispan
və italiyan dillərində mano sözündən manivela sözləri də düzəl-
mişdir.
Rus dilindəki беременная sözünün ber hissəsi fars dilində
yük, tay mənası bildirir. Rus dilində ber (yük) sözü əsasında
беременная (hamilə) sözü düzəldiyi kimi, fars dilində də bar sö-
zündən hamilə mənasında bardar sözü düzəlmişdir. İngilis dilin-
də isə hamilə mənasında pregnant sözü işlənir. Sözün kökündəki
pr tərkibi ber-bar- per kökünün fleksiya olunmuş variantından
ibarətdir. Azərbaycan dilində isə bar-ber-per köklərinin qarşılığı
olan yük sözündən yüklü sözü düzəlməli idi. Ancaq ərəb mənşəli
hamilə sözü Azərbaycan dilində həmin məna üzrə formalaşmış
yüklü sözünün intensiv işlənməsinə maneçilik yaratmışdır. Onun
əvəzinə bir də “boğaz” sözü düzəlmişdir ki, bu da insandan daha
çox heyvana aid hamilə mənası bildirir. “Kitabi-Dədə Qorqu-
d”da isə hamilə mənasındakı yüklü sözünün işlədilməsinə rast
gəlmək olur:
Qatabanın mayasını
Yüklü qoydum, nər oldu
Qara ayıllı qoyunumu
Yüklü qoydum, qoç oldu
Ala gözlü halalımı
Yüklü qoydum aslan oldu
(KDQ, 113-114).
Dəvəlikdəki dişi dəvəmi
Mübariz Yusifov
166
Boğaz qoydum, erkək doğdu, (O da)
Nər (erkək dəvə) oldu
Yataqdakı çoxlu qoyunumu
Boğaz qoydum, erkək doğdu ( O da)
Qoç oldu.
Ala gözlü arvadımı hamilə qoydum,
Oğlan doğdu (o da) aslan (kimi) oldu.
Azərbaycan dilindəki dəyirman sözünün kökündə də başqa
dillərlə müqayisədə motivasiya müştərəkliyini müşahidə etmək
olur. Dəyirman sözünün kökündəki dəy tərkibini əzməklə bağlı
döymək sözü ilə müqayisə etmək olar. Dəni döymək, arpanı döy-
mək, buğdanı döymək, taxılı döymək ifadələri, əslində əzmək,
xırdalamaq mənasında işlənir. Dəyirman sözünün kökündəki
dəy tərkibi ilkin döyüb əzib xırdalamaq mənasını itirdiyi üçün
onu eyni kökdən olan döy formatı ilə müqayisə etmək mümkün-
dür. Rus dilindəki dəyirman mənasını bildirən мельница sözü
ilə müqayisədə dəy kökünün əzib xırdalamaq mənasını daha ay-
dın şəkildə müəyyənləşdirmək olur. Мельница sözündəki мель
tərkibi rus dilindəki мелить (xırdalamaq, xırda etmək), мелкий
(xırda, kiçik, balaca), мелко (xırda, kiçik, balaca), мелкность
(xırdalıq), молотилька (taxıl döyən), молотить (taxılı döy-
mək), молотый (üyüdülmüş, döyülmüş), молоть (üyütmək),
размельчить (xırdalamaq) sözlərinin tərkibində, məhz döymək,
əzmək, xırdalamaq mənasını bildirir. Bu mənada dəyirman sözü
ilə melğniüa sözlərinin kökləri arasındakı döymək, əzmək, xır-
dalamaq, üyütmək mənası bir-birinin üstünə düşür. İngilis di-
lində dəyirman mənası mill sözü ilə ifadə olunur. Mill sözünün
xırda kiçik mənası small (xırdalamaq, xırda, kiçik) mille (darı,
xırda dən) kimi sözlərdə də müşahidə edilir.
Azərbaycan dilindəki sinkretik kök morfemlərdən olan
|