Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə145/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
175
onlardan qat-qat və dəfələrlə artıqdır. Müxtəlifsistemli dillərin 
ən qədim mərhələlərində oxşar quruluşların (birhecalılıq, flek-
tivlik, aqlütinativlik) özlərinin arasındakı keçidlərin mövcud-
luğu ilkin dövrdə dil elementlərinin oxşar proseslərin içərisin-
dən törəndiyini söyləməyə əsas verir. Sonrakı mərhələlərdə isə 
dillərarası diferensiyalar çoxalmış və fərqləndirici elementlər 
daim artmağa doğru getmişdir. Yazılı dövrdə yazı prosesi hər bir 
dilin normasını saxlamaqla onda fərqlənmələrin artmasını da-
yandırsa da yazısız dillərdə fərqlər çoxalmaqda davam etmişdir. 
Nəticədə, hətta, bir dilin daxilində çoxlu dialekt fərqlənmələ-
ri meydana çıxmışdır. Bütün bunlara baxmayaraq tipoloji tə-
dqiqatların şəbəkəsini genişləndirməklə dillərarası müştərəkliyə 
dair bir çox faktların və nümunələrin ortaya çıxarılmasına nail 
olmaq mümkündür. Тяфффяккцр типолоэийасы тякъя диллярарасы 
мцштяряк елементлярин формалашмасына тясир эюстярмякля 
мящдудлашмыр. 
Təfəkkür tipologiyası, eyni zamanda insanların 
yaşayış məskənlərindən asılı olmayaraq oxşar imitasiyalar əsa-
sında onları əhatə edən ətraf hadisələrə uyğun qaydada oxşar 
təsəvvürlərdə xeyirxah və bədxah mifik obrazların yaradılma-
sına səbəb olmuşdur. Məsələn, xeyirxah anlayışlarla bağlı Si-
murq quşu, Zümrüd quşu, Göyərçi, Mələk kimi bədxah anlayış-
larla bağlı div, əjdaha, cin, şeytan obrazları yaranmışdır. Son-
rakı vaxtlarda isə bu obrazlar Qərb ədəbiyyatında Herakl kimi 
Amazonlar kimi, Prometey kimi yarı mifik şəxsiyyətlərlə əvəz 
olunmuşdur. Azərbaycanda isə Dədə Qorqud, Koroğlu kimi real 
şəxsiyyət obrazları yaranmışdır ki, onlarda da mifik təsəvvürün 
müəyyən elementləri saxlanmışdır. 
Təfəkkür tipologiyası haqqında mülahizələr dillərarası müş-
tərəkliyin mövcudluğu barədəki nəzəri fikirlərdən biridir. Ancaq 
əlbəttə ki, bu son nəticə deyildir. Dilçiliyə dair, dillərin tipologi-
yasına dair axtarışlar davam etdikcə daha yeni nəzəri baxışla-


rın ortaya çıxacağına istisna kimi yanaşmaq olmaz. Əksinə yeni 
tədqiqatlar, yeni nəzəri fikirlər dillərin mənşəyi barədəki müla-
hizələrin daha etibarlı arqumentlərlə əsaslandırılmasına ciddi 
təminat verə biləcəkdir. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin