Mübariz Yusifov 174 yerdə eyni olmamasından və insan mühitinin fərdi cəhətlərindən
ibarət ola bilər. Oxşar imitasiyalar isə təfəkkür tipologiyasında
müştərək dil vahidlərinin formalaşmasına gətirib çıxarır. Dillə-
rin ilkin mərhələsində birhecalı şəkildə formalaşan elementlərdə
belə oxşarlıqlar daha çox ola bilərdi. Ancaq bu o demək deyil-
dir ki, bütün ilkin köklər arasında ulu dil nəzəriyyəsində iddia
edildiyi kimi tam bir müştərəklik olmuşdur. Müştərəklik ancaq
oxşar imitasiyalarla yaranmış müəyyən qrup sözlər arasında baş
verə bilərdi ki, onların mövcudluğu da müqayisəli tədqiqatlar-
da təsdiq olunur. Sonrakı kök-şəkilçi tərkibli sözlərdə müşahidə
olunan müştərəklik isə birhecalılığın izlərinin yaşadılması və
ənənəvi davamı kimi qalır. Paralel müştərəkliklər, artıq dillərin
diferensiallaşması mərhələsinin məhsulu kimi nəzərə alına bilər.
Motivasiya müştərəkliyi də dillərin diferensiallaşması mərhələ-
sinin məhsulu kimi formalaşır. Ancaq belə sözlər eyni tərzdə
qavranılmış əşya və hadisələrin təfəkkür tipologiyasında ümumi
anlayış təsəvvürü yaratmasının nəticəsində formalaşır. Belə ki,
sözlər eyni motiv bazasında ancaq bir-birindən fərqli quruluşda
ifadə olunur.
Təfəkkür tipologiyası müxtəlifsistemli dillərin müştərəkli-
yinin təməlidir. Təfəkkür tipologiyası insanların hansı məkanda
yaşamasından asılıl olmayaraq insan və təbiət hadisələri arasın-
da oxşar əlaqələri formalaşdırır. Bunun sayəsində də dillərarası
müştərəkliklər meydana gəlir. Lakin insanlar bir-birindən fərqli
məkanlarda meydana gəlib məskunlaşdığından təfəkkür tipo-
logiyası onların dilləri arasında tam bərabər elementlərin forma-
laşdırılmasını təmin edə bilmir. İnsan cəmiyyətlərində onların
təbiətlə əlaqəsinin səviyyəsi tam eyni olmadığı üçün bütün söz-
lər də eyni vaxtda, eyni tərzdə formalaşa bilmir. Çünki dil tə-
biətdən yaranır, cəmiyyətdə formalaşır. Odur ki, dillərarası müş-
tərəklik elementləri nə qədərdirsə müştərək olmayan elementlər