Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə143/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   139   140   141   142   143   144   145   146   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
173
ranması ilə bağlı suala tam cavab tapıla biləcəyinə əminlik ifadə 
etmək mümkün deyildir. Ona qalanda başqa suallar da ortaya 
çıxır: dənizlərin, okeanların suyu haradan gəlib? Dağlar-daşlar, 
səhralar necə yaranıb? Yerin bitki örtüyü necə yaranıb? Yeraltı 
sərvətlər yerin dərin qatlarında necə yetişib? Bu sualların cavabı 
necə çətindirsə dilin də necə, harada yaranması barədəki suallara 
cavab vermək də o qədər çətindir. Bununla belə, insan təbiətin 
ayrılmaz bir tərkib hissəsi kimi qəbul edilirsə dilin yaranması-
na da insan və təbiət arasındakı əlaqələrin nəticəsi kimi bax-
maq məqsədəuyğun hesab edilməlidir. Məhz dillərin arasında-
kı genetik müştərəklik məsələsinə də bu baxımdan yanaşılması 
müəyyən pozitiv nəticələr əldə olunmasına imkan yarada bilər.
5. Dillərin yaranmasına təsir göstərən insan və təbiət 
əlaqələrinin təməlində, əlbəttə ki, şüurun, idrak prosesinin və 
buradan təfəkkürə keçidin durduğu inkar edilə bilməz. Çünki 
təbiətin dərki olmasa, təbiətin bir ünsürü kimi insanın özünün 
özünü dərki olmasa təfəkkür prosesinin formalaşmsından söhbət 
açmaq mümkün deyildir. Təfəkkürün fəaliyyəti isə nitqin forma-
laşmasına aparıb çıxarır. Ona görə də belə bir fikrə tam haqq qa-
zandırıla bilər ki, “təfəkkürsüz dil yoxdur”. Bunun əksi isə, “dil-
siz təfəkkür yoxdur” deyiminə gətirib çıxarır. Bu hm də o demək-
dir ki, təfəkkür nə səviyyədədirsə, dil də o səviyyədədir; Füzuli 
də deyir ki, “Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz”. Dil 
həm səsli (danışıq) həm də səssiz (daxili) formada mövcuddur. 
Daxili (səssiz) dilin təfəkkürlə əlaqəsi səsli (danışıq) dilin for-
malaşmasına gətirib çıxarır. İnsanın yaranışında onu başqa can-
lılardan fərqləndirən təfəkkürə keçidli şüur informasiya dilinin 
formalaşmasının əsas amilinə çevrilir. Təfəkkürə keçidli şüur 
vasitəsi ilə insanlar harada, hansı ərazidə, hansı məkanda yaşa-
masından asılı olmayaraq ətraf aləmi və özü özünü oxşar təfək-
kür imitasiyaları ilə dərk edə bilir. Fərq ancaq ətraf aləmin hər 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin