Linqvistik tipologiya
161
K- (q-g) - t: keça (özb.), gece (türk), qije (türkm.), gecə
(Azərb.), tün (qaz., xak., alt. kor., özb.), ton (başq., tat.).
Şaquli keçidlər bütün məqamlarda paralel sözlər əmələ
gəlməsində iştirak etmir. Deyilişində şaquli keçidlər müşahidə
edilən bəzi sözlər məhz dialekt səciyyəli nümunələr kimi işlənir;
kimi-çimi, kirpik-çirpik, köhnə-çöhnə, kim-çim, küçə-çüçə
11
və s.
Paralel keçidli sözlərə Azərbaycan dilinə aid nümunələrdə
də rast gəlmək olur.
Dün-geçə:
Dün sayə saldı başıma bir sərvi-sərbülənd
(Məhəmməd Füzuli)
(Gecə, bir sərv (boylu) nazənin (kimi) başıma (üstümə) öz
kölgəsini saldı).
Dış-bayır:
«Qaçan Qazan evi yağmalatsa halalının əlin alır, dışara
çıxardı. Ondan yağma edərdilər» (KDQ, 62, s. 150).
Bulmaq-tapmaq:
Xızr əgər zülmətə vardı istədi abi-həyat
Mən gözlərin çeşməsində abi-heyvan bulmuşam. (İmadəd-
din Nəsimi)
(Xızr əgər zülmətə gedib əbədi həyat istədisə mən sənin
gözlərində (tanrının gözündə) əbədi həyatı tapmışam).
Müxtəlifsistemli dillərdə sözlərin paralel müştərəkliyinə
dair aşağıdakı kimi nümunələri misal göstərmək olar:
K-s keçidi: korova (rus, kuh (alm.) cow (kov) (ing.), qav
(fars.), sıyır (sığır), sier (türk dilləri); kostğ (rus), knoken (alm.),
skleten (ing.), sümük, suyek, sook (tükr dilləri), köpək (türk dillə-
ri), sobaka (rus), səg (fars), sap (isp.), sape (italyan), kəlb (ərəb).
1
М.Ш.Ширалиев. О диалектной основе азербайджанского литератур-
ного языка. “Вопросы диалектологии тюркских языков”. Баку, 1958, с.
17; Р.А.Рустамов. О состоянии изучение диалектов азербайджанского
языка. Йеня орада, с. 71; Н.З.Гаджиева. Проблемы тюркской ареальной
лингвистики. М., 1975, с. 198.
|