Linqvistik tipologiya 159 Dillərarası paralel müştərəklik Paralel müştərəklik samitlərin söz əvvəlindəki şaquli ke-
çidləri üzrə fərqlənən sözlərdə müşahidə edilir. Şaquli keçidlər
dilarxası, dilortası, dil-diş və dodaq səs yuvalarındakı samitlə-
rin arasında baş verən fərqlənmələr kimi nəzərə alınır. Şaquli
keçidlərə həm qohum dillərin, həm də qohum olmayan dillərin
materiallarında rast gəlmək olur. Şaquli keçidlər üzrə sözlərin
formalaşmasında dillərin leksik-semantik inkişaf prosesi aparı-
cılıq təşkil edir. Bəzən şaquli keçidlərin formalaşması ayrı-ayrı
tədqiqatlarda dillərin ayrılaraq dialekt səciyyəli fərq yaratması
prosesinin nəticəsi kimi qiymətləndirilir. Firudin Cəlilov yazır
ki, Hind-Avropa dilləri k/s paralelliyini əks etdirən “yüz” sözü-
nün formasına əsasən kentum (k) və satem (s) dillərinə (dialekt-
lərinə) ayrılır. Məsələn, ürək sözünün kard (kett), serd (slavyan)
variantları k/s paralelliyini əks etdirir. Maraqlıdır ki, “satem-
ləşmənin” vaxtı eradan neçə min il əvvəl, arealı isə Rusiyanın
cənubu hesab olunur.
1
Dillərdə zaman-zaman areal fərqlənmələri, əlbəttə ki, nitq
prosesində dəyişiklik baş verməsinə səbəb olan əsas amillərdən
biri hesab edilə bilər. Ancaq belə fərqlər daha çox nitqə görə baş
verdiyi üçün onları areal dəyişmələri kimi nəzərə almaq müm-
kündür. Areallarda dialekt fərqi kimi baş verən dəyişmələrin ba-
zası isə üfüqi keçidlərdən ibarətdir. Məsələn, türk dillərində kız- qız-xer; yılan-çılan-tılan, yumurta-çuurta-sımııt; Azərbaycan
dilinin özündə: qoca-qoja, tər-dər, şillə-sillə, bunu-munu-muyi, düyü-dügi və s. sözlərdə olduğu kimi.
Firudin Cəlilov türk –rus dilləri üzrə müəyyən etdiyi
1 О.Смереньи. Введение в сравнительное языкознание. М., 1980, с. 164; F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1989, s. 111.