Mübariz Yusifov 156 Bu da ənənəvi keçid kimi tamamilə qanunauyğunluqdur. Alov sözünün tərkibindəki lov hissəsi müasir dilimizdə müstəqil iş-
lənməsə də Şərq arealında (xüsusən Bakıda) lo şəklində od, od
parçası, yanar od mənası bildirməklə işlədilir: «Bu nə lodu, ba-
lam, düşüb canımıza» (Şifahi nitqdən).
Rus dilindəki лам tərkibi, həmçinin, лампа sözünün də kök
hissəsi kimi işlənir. Buradan lamtərkibinin alovla, yanmaqla
bağlı məna bildirdiyi aydınlaşdırılır. İlkin formaca şərti bərpa
edilən allov sözünün də mənasına aydınlıq gətirilir. Belə ki, al sözünün qırmızı, alov hissəsinin yanar od mənası sözün özünün
qırmızı yanar od (və ya çıraq) mənası bildirdiyini göstərir. Azər-
baycan dilindəki lopa (məşəl) sözünün lop hissəsi də alov sözün-
dəki lov tərkibinin adekvatından ibarətdir. Rus dilində işlədilən
lampa sözü fars dilində də iki variant üzrə lampa və lamp şək-
lində çıraq mənasında işlədilir. Ərəb dilində lam lov hissələrinin
adekvatı kimi lame (parıldayan, parlaq, parlaq şölə ilə yanan)
sözü vardır. Пламя sözünün пл tərkibi, əslində, samit birləşməsi
şəklinə düşmüş пыл kökünün reliktidir. Пыл kökünün yanmaqla
bağlı mənası rus dilində qalmaqdadır: пыл (od, alov), пылать (alovlanmaq, alışmaq), пылкий (atəşli, odlu, hərarətli) və s.
Azərbaycan dilindəki alov (allov-yallov) sözünün izomorfik
modelində olduğu kimi, rus dilində də analoji variant пыллам(я)
şəklində təsəvvür edilə bilər: alov-allov-yallov (yal-yanmaq,
lov-alovlanmaq); пламя- пыллам(я) (pıl-yanmaq, lam işıq,
şəfəq). Həmçinin, ərəb dilindəki ləhəb sözünün ləh hissəsi yan-
maq mənasında lov, lam tərkibləri ilə adekvatlıq yaradır. Eyni
zamanda, ərəb dilindəki parıldayan, alov saçan mənasındakı
şölə sözünün lə hissəsini də lov, lam tərkiblərinin adekvatı hesab
etmək mümkündür. İngilis dilində də rus və fars dillərində oldu-
ğu kimi, yanmaq anlayışı ilə bağlı formalaşmış lampa sözünün
lamp variantı işlədilir.