Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə124/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   120   121   122   123   124   125   126   127   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
152
Варяг sözünün mənası isə talançı, qarətçi, düşmən anlayış-
ları ilə uyğun gəlir. Sözün birinci tərkibindəki var hissəsini isə 
məna yaxınlılığına görə вор (oğru) врать (yalan, şər, böhtan) 
sözləri ilə müqayisə etmək olar. Ərəb dilində də rus dilində ol-
duğu kimi, aq hissəsinin əvvəlinə r artırmaqla düşmən məna-
sına uyğun gələn rəqib sözü yaranmışdır. Burada rəq (raq) kök 
kimi formalaşmış və bu kökün üzərinə ib əlavə (rəqib) olunmaq-
la yağı (düşmən) anlayışı ifadə edilmişdir. Ərəb dilindəki rəq 
tərkibi vraq sözündəki raq tərkibi ilə səsləşir. 
Azərbaycan dilində aşağı düşmək mənasında eniş sözü iş-
lənir. Eniş sözü ilk baxışdan öz quruluşuna görə elə bir təəssürat 
yaradır ki, sanki onu asanlıqla kök və şəkilçi hissəsinə ayırmaq 
olar. Belə ki, en sözün kökü,  isə şəkilçi qismində görünə bilir. 
Ancaq bu forma tərkibində ixtisarlaşma baş vermiş bir konst-
ruksiyadır. Əgər dilin köksözlülükdən sonrakı mərhələsinə qa-
yıtsaq sözün əvvəlki formasını (y) en-niş şəklində bərpa etmək 
olar. Sözün birinci tərkibi Azərbaycan dilində həm en, həm də 
yen şəklində işlənir (enmək-yenmək). Belə paralelliyə nitq are-
allarında (daha çox Naxçıvan) rast gəlmək olur: “Təyyarə yerə 
endi-təyyarə yerə yendi”.
Ancaq ümumi halda enmək və yenmək sözləri arasında an-
layış üzrə bağlılıq olsa da konkret mənaya görə onların arasında 
fərq də müşahidə edilir. Enmək sözü yuxarıdan aşağıya düşmək 
mənasında işlədildiyi halda yenmək sözündə əlavə mənalar bil-
dirilir, məsələn, yenilməz (məğlubedilməz), yenmək (məğlub 
etmək), yenmək (üzünü yenmək, döndərmək), yenmək (qiyməti 
yenmiş mallar və s.).
Enmək və yenmək sözlərinin müqayisəsindən aydın olur ki, 
en sözündə aşağıya düşmək mənası əsasdır. Bu sözün üzərinə 
y əlavə etməklə yen sözü əmələ gəlir ki, burada da əsas məna 
özəyi saxlanmaqla əlavə məna çalarlıqları baş qaldırır. Müqa-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin