Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə125/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
153
yisə üçün onu da əlavə etmək olar ki, en morfeminin ön variantı 
üzərinə ç əlavə etdikdə çön, d əlavə etdikdə geri qayıtmaq (in-
kar mənasında) dön sözü formalaşır. Yəni sözün əvvəlinə samit 
əlavə olunması ilə köksözlülüyün əlaməti kimi, eyni məbədən 
(məna özəyindən) məna ardıcıllığı saxlanılmaqla yeni çalarlıq-
lar bildirən nitq vahidləri formalaşır. 
Beləliklə, en sözünün birinci tərkib hissəsinin quruluşu və 
mənası aydın olur. İkinci tərkibdəki – feldən ad (isim) düzəl-
dən şəkilçi kimi mənalandırıla bilsə də onun mənşəyinin aydın-
laşdırılmasına da bir lüzum yaranır. Məhz müqayisəli təhlilin 
məqsədi də bundan ibarətdir. Eniş sözünü dilin köksözlülük 
mərhələsindən sonra baş verən ikihecalılıq dövrünün konstruk-
siyalarına uyğun bərpa etdikdə enniş variantı alınır. Bizdən ötrü 
qaranlıq qalan məsələ də elə bu tərkibin aydınlaşdırılmasıdır. 
Türk dillərinin, eləcə də Azərbaycan dilinin mövcud material-
ları sözün –niş hissəsinin araşdırılmasına fakt verə bilmir. Ona 
görə də başqa dillərdəki uyğun adekvatlara müraciət etmək eh-
tiyacı yaranır. Rus dilində aşağılıq, aşağı düşmək mənasında 
niz (aşağı, aşağı hissə, dib, alt hissə, alt mərtəbə, çayın aşa-
ğı axarı) sözü vardır. Niz sözü bir kök morfem kimi, həm də 
bir-biri ilə incə məna ardıcıllığı saxlayan низведение (endirmə, 
endirilmə, yıxma, yıxılma), низать (düzmək, sapa keçirmək), 
низвернуть (yuxarıdan salmaq), низвести (endirmək), низина 
(alçaq yer), низкий (alçaq, aşağı), низко (alçaqdan, aşağıdan) 
низший (ən alçaq, ən aşağı), вниз (aşağıya), внизу (aşağıda, alt-
da), снижаться (aşağı salınmaq), снижение (aşağı salınma, 
endirmə, endirilmə), сниженный (aşağı salınmış), снизить 
(aşağı salmaq), снизу (aşağıdan, altdan), понижение (enmə, en-
dirmə), понизить (aşağı salmaq), понизу (aşağıdan, alçaqdan), 
унижение (alçaltma, hörmətdən salma), униженный (alçaldıl-
mış), унизить (alçaltmaq) kimi sözlərin tərkibində işlənir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin