Linqvistik tipologiya 149 olmur. Bu adekvatı rus dilindəki zoloto sözünün birinci tərkib
hissəsindəki zol formasında tapmaq olur. Zol tərkibinin qırmı-
zılıq əlaməti ağacla (çubuqla, qamçı ilə və s.) bədənə vurulan
zərbə yerinin qızartı izi buraxmasında müşahidə edilir. Qızıl sö-
zünün qırmızılıq mənası mənbələrdə də qeydə alınmışdır: “Qızıl
qanım tökti” (Qırmızı qanımı tökdü) (DTS, 450).
Qızıl sözünün qırmızılıq əlaməti vaxtı ilə zoğal mənasında
rus dilinə daxil olmuş kizil sözündə də ifadə edilir. Tuva Muxtar
Vilayətinin mərkəzinin adı da (Kızıl) qırmızı mənasını verən zo-
ğal sözü ilə əlaqədardır.
Türk dillərində qızıl sözü ilə yanaşı paralel olaraq altun sözü
də işlədilmişdir. Etimoloji cəhətdən altun sözünü tərkibə bölmək
çətin deyildir: al-tun. Al sözünün mənbələrdə tünd qırmızı mə-
nası qeydə alınmışdır: “Yaşıl kök sarıq al ağı ton kedip” (Yaşıl,
göy, sarı, (tünd) qırmızı ipək parçadan paltar geyib) (DTS, 31).
Altun sözü “Kitabi –Dədə Qorqud”da da qırmızı qızıl mə-
nasında işlənmişdir: “Doxsan yerdə ala xalı, ipək döşənmişdi,
səksən yerdə badyələr qurulmuşdu; altun ayaq sürahilər düzül-
müşdü” (KDQ, 62, 28).
Altun sözünün ikinci tərkib hissəsi (tun) rəngli metal kimi
tunc sözünün əvvəlində işlənir. Eyni zamanda, altunsözünün
ikinci tərkib hissəsində işlənən tun hissəsi, nazik dəmir mənasını
bildirən tənəkə (tünəkə) sözündəki tən (tün) tərkibi ilə uyğunlaşır.
Qızıl sözü fars dilində zər sözü ilə ifadə olunur. Zər sözü ilə
zol (zıl) elementləri arasındakı fərq r-l samitlərinin ənənəvi keçi-
dindən (ürüş-ülüş, salıq-soraq sözlərində olduğu kimi) ibarətdir.
İngilis dilində qızıl anlayışı gold sözü ilə ifadə olunur. Gold sözündə g prefleks səciyyəlidir. Sözün ol tərkibi isə altun sö-
zündəki al hissəsi ilə adekvatlıq təşkil edir. Gold sözündə l sa-
mitindən sonra d samiti iştirak edir. Quruluşca gold sözü Azər-
baycan dilindəki cəld, sərt, bərk tərkibli sonu iki samitli sözləri