Linqvistik tipologiya 145 fleksiya əlamətidir. Kökün fleksiyalaşmış variantında a saiti kə-
nara çıxan elementin izidir. Atılmaqsözündə isə, artıq, a sai-
ti sözün əvvəlinə keçməklə prefiks səciyyəsi daşımağa xidmət
edir. Fleksiyalaşmış tlkökünün qədim mənbələrdə yerindən
tərpətmək mənasındakı tal variantına da rast gəlmək olur: “Ol
yükni talqıttı” (O yükü itələdi, yerindən tərpətdi, kənara atdı).
Azərbaycan dilində tl kökünün daxili saitli tul variantı vardır.
Bu variant üzrə tullamaq, tullanmaq, tullatmaq və s. kimi sözlər
əmələ gəlmişdir. İtələ sözündəki təl kökü də tl birləşməli kökün
bir variantından ibarətdir.
Rus dilində tal kökünün tal (tol) adekvatı üzrə толкать (itələmək), толкатель (təkan vermək), толкаться (itələnmək),
толкач (itələyici), оттолкнуть (itələmək), оттолкнуться (geri itələmək), потолкать (bir neçə dəfə itələmək) və s. kimi
sözlər əmələ gəlmişdir.
Azərbaycan dilindəki itələmək sözündə də tl kökünün təl va-
riantı işlənir. İ saiti isə söz əvvəlində prefiks funksiyasını yerinə
yetirir.
Samit birləşməli köklərə büdrə, titrə, axsaqkimi sözlərin
də tərkibində rast gəlmək olur. Büdrə və titrə sözlərinin kökünü
təşkil edən dr və tr köklərindəki d-t samitləri öz keyfiyyətinə
görə biri digərinin variantı kimidir. Bu variantlığı büdrə və titrə sözlərindəki məna yaxınlığında da görmək olar. Büdrəmək sözü-
nün kökündəki dr birləşməsini dur adekvatı ilə müqayisə etmək
olar. Aqlütinativ quruluşa görə dur kökündən büdrə sözü yarat-
maq üçün durmamaq, dura bilməmək kimi variantları forma-
laşdırmaq lazım gələrdi. Ancaq tərkibdən saitin əvvələ çıxması
ilə üstəlik buraya inkar elementi kimi d əlavə edilir və durma- maq, dura bilməmək anlayışı büdrəmək formasında ifadə olunur.
Büdrəmək sözündəki dr kökünün oxşar adekvatına rus dilindəki
дрожание (titrəmə, əsmə, titrəyiş), дрожательный (titrəyişli,