Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə116/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
144
охрана (qoruma, qorunma), охранитель (keşikçi), охранник 
(keşikçi); хранение (qorunma), хранить (saxlamaq), граница 
(sərhəd), пограничник (sərhədçi) və s.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilindəki qarovul sö-
zünün tərkibində işlənən qar elementi də qorumaq sözündəki 
qor kökü ilə eyni mənşəyə malik olan bir adekvatdır.
İngilis dilindəki guard (qorumaq, qarovul, keşikçi), guar-
dian (mühafizəçi, qoruyucu) sözlərinin tərkibindəki guar (qar-) 
hissəsi də qor kökünün adekvatı kimi işlənir. Qr elementi latın 
mənşəli miqrasiya (köçmə, sərhəddən kənara çıxma, mühacirət 
etmə) sözünün tərkibində də qor (qr, xr, kr) elementinin adekvatı 
kimi işlənir. 
Qr (kr) kökü sinkretik olduğuna görə onun bazasında digər 
müvafiq sözlər də formalaşır. Məsələn, rus dilindəki красный 
(qırmızı), красота (gözəllik), красивый (gözəl), краска (boya, 
rəng), красить (rənləmək), краснеться (qızarmaq), краснота 
(qırmızılıq), багровый (qıpqırmızı), багренить (qızartmaq), 
багрить
(qızartmaq) kimi sözlərin tərkibində qr (kr) element-
ləri iştirak edərək qırmızılıqla bağlı əlamət bildirmək mənasını 
daşıyan yeni sözlərin formalaşmasının təməlində durur.
Azərbaycan dilində bu cür əlamət bildirən sözlərin tərkibin-
də qr (kr) elementlərinin qır variantı işlənir: qırmızı, qırmızılıq, 
qırmızımtıl, qırmızıyanaq və s. İngilis dilində kr birləşməsi tünd 
qırmızımoruğu rəng mənasındakı crimson (krizn) sözünün tər-
kibində işlənir. Baskların dilində qırmızı mənası bildirən qorri
sözünə təsadüf edilir. 
Səs birləşməsi şəklindəki fleksiyalaşmış kök formasına 
Azərbaycan dilindəki atlanmaq sözünün tərkibində də rast gəl-
mək olur. Bu sözün kökü əslində at yox, fleksiyalaşmış tl for-
matından ibarətdir. Tl kökünün daxili saitli variantına atılmaq 
sözündə rast gəlmək olur. Atılmaq sözündə tıl söz kökü, a isə 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin