Linqvistik tipologiya 147 sinonimləri axtarıb müəyyənləşdirmək lazım gəlir. Çünki dil-
lərdə omonimlilik dövrünün başa çatmasından sonra sinonim
zənginliyi baş vermişdir. Ona görə də bir dildəki sözün tam ey-
niyyətini başqa dildə tapmaq mümkün olmadıqda sinonimliyə
müraciət etmək lazım gəlir. Bu halda, üzərində tədqiqat aparılan
dilin materialı fakt vermədikdə başqa dillərə də müraciət etmək
lazım gəlir. Dillərin sözyaratma prosesində fərqlənmələr artdı-
ğından bir çox hallarda fakt dalınca istənilən dildə oxşarlar ax-
tarmaq məsələnin həlli üçün müqayisələrin aparılması mühüm
istiqamətlərdən biri hesab edilməlidir.
Kök- şəkilçi tərkibli sözlərdə dillərarası müştərəklik Müxtəlifsistemli dillərin materiallarının araşdırılması za-
manı Azərbaycan dilindəki kök - şəkilçi tərkibli sözlərin başqa
dillərdə mövcud olan adekvatlarına da təsadüf edilir. Kök-şə-
kilçi tərkibli sözlərdə təsadüf edilən müştərəklik onu deməyə
əsas verir ki, oxşar elementlərin formalaşması aqlütinativləşmə
mərhələsində də davam etmişdir. Ancaq Azərbaycan dili mate-
riallarının təhlili ilə belə nəticəyə gəlmək olur ki, müştərəklik
aqlütinasiyanın məhsuldar dövründən əvvəlki mərhələyə aiddir.
Çünki bu tipli müştərək vahidlərdə kök və şəkilçinin funksional-
lığından söhbət gedə bilməz. Müştərəklik elə kök-şəkilçili söz-
lərdə müşahidə edilir ki, onları əslində kök-şəkilçi hissəsinə sər-
bəst ayırmaq olmur. Belə kök-şəkilçi tərkibli sözləri hissələrinə
doğru-düzgün bölmək üçün bir çox hallarda ənənəvi etimologi-
yanın özü gücsüz qalır. Odur ki, başqa dillərin materiallarının
qarşılaşdırılmasına ehtiyac yaranır. Bu halda qarşılaşdırmanın
özü etimologiyanın köməyinə gəlir. Alınan nəticə isə elə bir xü-