Mübariz Yusifov 146 titrəyən), дрожать (titrəmək, əsmək), дрожь (titrəmə, əsmə)
kimi sözlərədə dast gəlmək olur. İngilis dilində dr kökünün büd- rəmək, titrəmək mənasındakı sözlərdə tr adekvatına rast gəlmək
olur: tremble (titrəmək, əsmək), trembling (titrəmə, əsmə), tre- mor (titrəyiş, əsmək).
Ərəb dilində dr, tr köklərinin adekvatı kimi lərzə (titrəyiş,
əsmə) sözünün tərkibində işlənən lər variantına rast gəlmək olur.
L samiti dil-diş səsi olduğu üçün onun d-l keçidi də (gözlər-göz-
dər, sözlər-sözdər) istisna deyildir.
Titrəməksözünün daxilindəki tr elementlərinin oxşarına
rus dilindəki aşağıdakı kimi sözlərdə rast gəlmək olur: трясти (silkələnmək, yırğalanmaq, əsdirmək), трястись (əsmək, yırğa-
lanmaq), трясучий (titrəyən, əsən), трясучка (titrəmə, qızdırma),
ingilis dilində isə tr birləşməsinin adekvatına titrəyən, silkələnən mənasındakı tremendous sözünün tərkibində rast gəlmək olur.
Axsa sözündəki xs elementləri, əslində kəsməklə, qısalıqla, gödəkliklə bağlı müvafiq sözlərin tərkibindəki qs (ks) element-
ləri ilə uyğunlaşır.
Axsamaq ayağa aiddir ki, ayağın biri ya əyriliyə görə, ya da
qısalığa görə fərqləndikdə axsayış yerimək zamanı hiss olunur.
Odur ki, axsamaq sözündə qısalıq, kəsmək anlayışı aparıcı məna
xüsusiyyətindən ibarətdir. Bu mənada, rus dilindəki косой (əyri,
çəp, qıyqac), косо (çəp, çəpəki), косный (ətalətli, ləngərli) kimi
sözlərdəki kos kökünü xs (qs, ks) birləşməsinə adekvat hesab
etmək olar. Azərbaycan dilində fleksiyalaşmış köklər öz dövrü-
nü başa çatdırdığına görə həmin yolla düzələn köklər yeni kök
variantı kimi təsəvvür yaradır. Məs. atlanmaq sözündə tl (atlan)
kökü itib yeni kök variantı əmələ gətirir.
Dillər arasında bu tipli oxşarlıqları da müəyyən etmək çə-
tin deyildir. Məsələ bundadır ki, bütün sözlərin tam adekvatını
dillərin hamısında tapmaq mümkün olmur. Bir çox hallarda isə