Mübariz Yusifov 148 susi maraq yaradır ki, hətta, tədqiqatçını da öz arxasınca çəkib
apara bilir. Tədqiqatçının diqqəti daha əlavə faktlara yönəlir ki,
bu da etimoloji araşdırmaların keyfiyyətcə yeni üsullar üzərində
qurulmasına çox böyük əməli təsir göstərir. Bu mənada aşağıda-
kı kimi nümunələrin qarşılaşdırılması bəzən gözlənilən, bəzən
də gözlənilməyən nəticələrin əldə olunması baxımından xüsusi
bir maraq doğurur.
Azərbaycan dilindəki qızıl sözünün rus dilindəki qarşılığı
zoloto sözündən ibarətdir. Qızıl sözünün tərkibində iki sait işlən-
diyinə görə onun birhecalılıqdan ikihecalılığa keçid dövrünün
məhsulu olduğunu söyləmək olar. Ancaq söz zaman-zaman tər-
kibcə dəyişdiyinə görə onu qı-zıl və ya qız-ıl hissələrinə bölüb
ilkin kök və şəkilçini tapmaq çətinlik törədir. Bu halda həmin
sözün əlbəttə ki, köksözlülükdən sonra birbaşa şəkilçi vasitəsi
ilə formalaşması barədə fikir söyləmək də ağlabatan görünmür.
Odur ki, köksözlülük dövründən sonra baş verən söz üstəgəl söz variantını nəzərdən qaçırmaq olmaz. Çünki şəkilçi məhz söz- söz modelindən sonrakı mərhələnin məhsulu kimi meydana çıxa
bilərdi. Bu mənada qızıl sözünü bir qədər də əvvəlki mərhələyə
qaytarsaq formanı qızzıl (qız-zıl) şəklində təsəvvürə gətirə bilə-
rik. Buradakı qız tərkibi indi də bəzi sözlərin əvvəlində müstəqil
mənada işlənə bilir: qızar, qızartı, qızarmaq, qızdırmaq, qızart- maq və s. Bu sözlərdə qızıla aid əlamət mənası bildirilir. Qız hissəsini qırmızısözünün kökündəki qırtərkibi ilə də müqa-
yisə etmək olur. Bu mənada, sözlərin tərkibində z-r dəyişməsi
ənənəvi keçid hadisələrindən biri kimi nəzərə alına bilər. (Al-
maram-almazsan, görükmək-gözükmək, təzə-tər və s. sözlərdə
olduğu kimi).
Qır tərkibi qızarmağın rəngini bildirmək üçün müstəqil iş-
lənmir. Söz tərkibində isə öz mənasını üzə çıxara bilir. Qızıl sö-
zünün zıl hissəsinin adekvatını Azərbaycan dilində aşkar etmək