Linqvistik tipologiya 151 çığır (çığğır) kimi sözlərin ikinci tərəfi krik, kriçatğ, krikun…
sözlərində olduğu kimi «səs» anlayışı bildirir. Bütövlükdə isə
bu sözlərin mənası belə təsəvvür olunmalıdır: hayqır-hay… səsi
çıxarmaq, anqır-an… səsi çıxarmaq, qıyxır-qıy… səsi çıxarmaq,
bəyir-bə… səsi çıxarmaq, böyür- bö… səsi çıxarmaq, içqır-iç… səsi çıxarmaq, bağır-ba… səsi çıxarmaq.
İngilis dilində Azərbaycan dilindəki qır, kir, xır tərkiblərinin
adekvatına cry (qışqırıq, çığırtı, qışqırmaq) sözündəki cr (kr)
tərkibi uyğun gəlir.
Azərabycan dilindəki yağı (düşmən) sözünün tərkibi də iki
hecadan ibarətdir. Sözü yağ və – ı tərkiblərinə ayırdıqda yağ hissəsində düşmən mənasını aydınlaşdırmaq olmur. Y samitini
sözün əvvəlindən ayırdıqda isə ağ hissəsi alınır. Ağsinkretik
kökdür və burada rəng və ya yuxarılıq anlayışı axtarmaq nəti-
cə vermir. Ağ hissəsinə –ı artırdıqda isə ağı (zəhər) sözü alınır.
Ağı ilə yağı arasında da məna yaxınlığı müşahidə edilir. Ancaq
ağı, hər halda düşmən kimi yox, bədənə, cana ziyanlı maddə
kimi başa düşülür. Məhz ağı sözündə düşmən mənasının təmə-
li gizlənir. Ağı sözündən düşmən mənası bildirən söz yaratmaq
üçün onun əvvəlinə y artırılmışdır. Rus dilində düşmən mənası
bildirən враг sözü vardır. Враг sözündə v hissəsi kök elementi
yox, kökə əlavə olunmuş prefiks elementidir. Sözün kökü isə
раг hissəsindən ibarətdir. Azərbaycan dilində ağ kökünün əvvə-
linə y əlavə olunduğu kimi, ehtimal edilə bilər ki, rus dilində də
aq hissəsindən düşmən anlayışı yaratmaq üçün əvvələ r əlavə
edilmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan dili sözlərinin
əvvəlində r işlənmir. Y samiti isə dilortası və dil –diş samitlə-
rinin aralığında keçid yarada bilən səsdir. Ona görə sözyaratma
elementi kimi hər iki dildə paralel olan aq kökünə r və ya y əlavə edilməsi istisna deyildir. Onu da əlavə etmək olar ki, rus
dilində, həmçinin yaq tərkibli варяг sözü mövcuddur.