Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə114/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
142
кривиться (əyilmək), криво (əyri, çəp) kimi sözlərdə rast gəl-
mək olur.
Doğra sözünün, doğ tərkibi, əlbəttə ki, kəsməklə bağlı kök 
deyildir. Ona görə də sözün etimoloji təhlilində ona ehtiyatla 
yanaşmaq lazımdır ki, nəticə düz alınsın. Ancaq burada samit 
birləşməsi varsa deməli, saitin kənara çıxma ehtimalına həqiqət 
kimi yanaşmaq olar. 
Ğr tərkibi, həmçinin sinkretik forma kimi oğru sözündə 
də işlədilir. Burada, artıq saitin kənara çıxması aydın müşahidə 
edilən faktdır. Bu sözün tam kökünü müəyyən etmək də çətin 
deyildir. Tam kök oğurluq sözünün daxilindəki ğur tərkibi ilə 
ifadə olunur. Oğru sözündəki ğr elementlərinin kr adekvatına 
rus dilindəki oğurluq anlayışı ilə bağlı aşağıda nümunə verilən 
sözlərdə də təsadüf olunur: красть (oğurlamaq), кража (oğur-
luq), краденый (oğurluq), краденный (oğurlanmış), украсть 
(oğurlamaq), украденный (oğurlanmış), украдкой (oğrun-oğ-
run, gizlin-gizlin), ограбить (soymaq, talamaq, qarət etmək),
ограбление (soyğun, soyğunçuluq) və s.
Oğru sözündəki ğr elementinin qar adekvatına ərəb dilində-
ki qarət (oğurluq) sözündə rast gəlmək olur.
Oğru və doğru köklərində eyni ğr elementləri işlədilsə də 
məna bir-birinin əksidir. Məsələ budur ki, ğr (qr) elementlərin-
dən kənara çıxan (fleksiyaya uğrayan) saiti şərti bərpa etdikdə 
həm də qor kökü alınır. Onu da nəzərə almaq lazımdır ki, həm 
oğru, həm də doğru sözündə kənara çıxan sait o fonemindən 
ibarətdir. Bu mənada qor kökünün uyğun anlayışını ona u şə-
kilçisi artırdıqda müəyyən etmək olur. Belə çıxır ki, həm oğru
həm də doğru sözlərinin kökündə qorumaq mənasındakı qor 
kökü dayanır. Oğru sözündə o elementi fleksiya yolu ilə kəna-
ra çıxmaqla qorumağın əks mənasını (qorunmamağı, qoruna 
bilməməyi, qorunulmayanı) bildirir. saitindən əvvəl d əlavə 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin