Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə110/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
138
Rus dilində qad kökü qeyri-adi qabiliyyəti olan, taleyi görə 
bilən, gələcəkdən xəbər verə bilən mənasında aşağıdakı kimi 
sözlərin tərkibində işlənir: гадальщик (falçı), гадание (falaçma, 
falabaxma), гадать (fal açmaq, fala baxmaq).
Bununla birlikdə, rus dilində qad kökü əks (ifrat) mənalı 
sözlərin də tərkibində işlənir: гадкий (pis, murdar, iyrənc, rə-
zil, alçaq), гадость (pis, iyrənc, mənfur), гадюка (gürzə ilanın 
zəhər tuluğu).
Qad kökünün qayğı, kədər, dərd mənası rus dilindəki müş-
tərək kökdən düzələn pis mənada işlənən sözlərlə uyğun gəlir.
Azərbaycan dilindəki “dərdin ürəyimə”, “dərdin mənə gəl-
sin” kimi ifadələr də məzmunca “qadan alım”, “qadan ürəyimə”, 
“qadanı-bəlanı alım” kimi ifadələrlə üst-üstə düşür.
Fars dilində qad-kökünün xod, xud, adekvatları əsasında 
xoda (Allah, tanrı), Xudabin (Allahı tanıyan), Xudadad (Allah-
verən) kimi sözlər yaranmışdır.
Azərbaycan dilindəki qadın mənası bildirən xatın sözünün xat 
kökü də fars dilindəki xodxud köklərində olduğu kimi müqəd-
dəslik, ucalıq, ehtiramlılıqəzəmətlilik və nüfuzluluq mənasında 
işlənir. Bu mənada Azərbaycan dilindəki “xanım-xatınifadəsi 
hərfən “xan-ımmənim ağam, böyüyüm olan əzəmətli qadın», 
yəni mənim ehtirama layiq olan qadınım mənası bildirir. Qadın 
sözü də məhz qad (xat) kökünə məxsus evin, ailə bünövrəsinin 
əsası mənası üzərində formalaşmışdır. Xatırlamaq yerinə düşər ki, 
“Kitabi-Dədə Qorqud”da qadın evin dayağı və dirəyi adlandırılır:
Qarılar dörd dürlüdür:
Birisi solduran söydür
Birisi dolduran toydur.
Birisi evin dayağıdır
Birisi necə söylərsən, bayağıdır (KDQ, 62, s. 14).



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin