Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə106/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
133
çı mənası cəmlənir. Bu mənada, bəzən, “Bağmanlar” yer adını 
bağçılıqla məşğul olan adamlar kimi izah edirlər. Ancaq burada 
da qədim tanrıçılıq inamının izlərini saxlayan və bağ kimi for-
malaşmış ilahi anlayışının izləri yaşayır. Bu mənada Bağmanlar 
sözünün dərinliyində ilahi anlamlarla məşğul olan müqəddəs 
insanlara (kahinlərlə, ilahiyyatçılarla) dair anlayışın izləri yaşa-
maqdadır. 
Al köküAl kökü də genetik cəhətdən sinkretik köklər qru-
puna daxildir. Al kökünün anlayış mühitinə başqa mənalarla 
birlikdə daxili əkslik (ziddiyyət) bildirən mənalar da daxil olur. 
Bunlar alçaqlıq və onun əksi olan ucalıq mənalarından ibarətdir. 
Al kökünə  ç elementləri qoşulduqda aşağılıq mənası bildirən 
sözlər əmələ gəlir: altalç(aq). Al kökünə p elementi qoşulduqda 
isə əzəmətlilik, böyüklük, ucalıq, cəsurluq, igidlik bildirən alp 
sözü düzəlir. Alp sözü altalç(aq) kimi sözlərlə müqayisə-
də müasir dilimizdə işləklik cəhətdən fəal deyildir. Ancaq mən-
bələrdə alp sözünün qeyd olunan mənalarına aid müvafiq nü-
munələrə rast gəlmək olur: “Bilqə kağan ermiş alp kağan ermiş 
birqərü yemə bilqə ermiş erinc alp ermiş erinc” (Bumın kağan 
və İstəmi kağan) müdrik kağanlar idi, cəsur (igid, qoçaq, qəh-
rəman) kağanlar idi, görünür, onların köməkçiləri də müdrik və 
cəsur idilər (DTS, 36).
Alp sözü “Kitabi-Dədə Qorqud” dastanlarında da böyük, 
igid, cəsur şəxs, qəhrəman mənasında işlədilmişdir: “Alplar başı 
Qazana zərbə urdu, dünya başına dar oldu”. Dözən oğlu Alp 
Rüstəm şəhid oldu (KDQ, 62, s. 114)
1*
.
Alp sözünə Alpanlar, Alpout kimi yer adlarının tərkibində 
də rast gəlmək olur. Mənbələrdə Alpan sözü Alpal şəklində qo-
çaqlıq, qəhrəmanlıq mənasında qeydə alınmışdır (DTS, 87). 
Alpağut sözü isə qəhrəman, pəhləvan, yenilməz igid mənasında 
1
*
 KDQ- 62- “Kitabi-Dədə Qorqud”, Bakı, 1962.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin