Mübariz Yusifov 130 Bit kökü həmçinin müqəddəs yazı, göydən (tanrıdan) yerə
göndərilmiş kitab) mənasındakı biti sözünün də tərkibində işlə-
nir. (DTS, 103). Biti sözü yazı yazmaq üçün qələm və fırça mə-
nasında Çin dilində də işlədilir. Çin dilində, həmçinin, xətt (yaz-
maq) mənasında biyi sözü də vardır. Bu sözün hansı dildən digə-
rinə keçib-keçməməsinin araşdırılması məqsədəuyğun deyildir.
Çünki bu sözün kökü ilə səsləşən adekvatlara başqa-başqa, həm-
çinin, Azərbaycan və Çin dilləri ilə tarixən kontaktları olmayan
dillərdə də rast gəlmək olur. Ancaq onu qeyd etmək lazımdır ki,
türk dillərinə dair qədim mənbələrdə bitik sözü əsasında düzəl-
miş başqa sözlərə də təsadüf edilir. Bunlara dair aşağıdakıları
nümunə göstərmək olar: bitigəçi (katib, yazan), bitiqliq (yazılı,
xəttat), bitiqlik (savadlılıq) (DTS, 103); bitiqsiz (yazılmamış),
bitiqü (yazı mürəkkəbi), bitil (yazılmış), bitişək (yazı, xətt), bit- tin (kənar müdaxilə olmadan yazmaq), bitiş (köməkli, birgə yaz-
maq), bitit (yazdırmaq) və s. (DTS, 104).
Bitik (pitik) sözü Şah İsmayıl Xətayinin dilində də yazı mə-
nasında işlənmişdir:
Zülfün anuban çü cim yazdım Ağzın anuban mim yazdım Yazdım pitiyi əlif hey Almamış anı xey yazdım Yazdım pitiyi qamu sərasər, Tutdum anı qarşıma bərabər. Yazı mənasındakı bitik sözünün pik şəklində formalaş-
mış variantına latın mənşəli piktoqrafiya sözündə rast gəlmək
olur. Piktoqrafiya sözünün kökü pictus formatından ibarətdir.
-Qrafiya isə sözyaratma elementidir. Pictus sözü şəkli yazı
deməkdir. Yazının ilkin formalaşma mərhələsində əşya və ha-
disələr müəyyən təsvirlərlə ifadə olunmuşdur. Ona görə də ya-
zının bu növü şəkli yazı (piktoqrafiya) adlanır.
Pikto sözü ingi-