Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə112/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   108   109   110   111   112   113   114   115   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
140
və ya dillərarası kontaktların, o cümlədən miqrasiyaların nəti-
cəsidir. Bütün bu elementlərin mövcudluğu əvvəldə deyildiyi 
kimi, insan idrakının ətraf aləmi qavraması və
özünü dərk et-
məsi prosesində baş verən oxşar təfəkkür imitasiyasının nəticə-
sidir. Odur ki, dünya dilləri üzrə sonu yoruculuqdan başqa heç 
bir səmərə verməyən vahid ulu dil elementlərini axtarmaqdansa 
nəticəsi ana dili üçün həqiqətən də gözlənilməz olan elementləri 
müəyyənləşdirmək baxımından iki və ya bir neçə dilin material-
ları üzrə tədqiqatlar aparmaq daha əhəmiyyətlidir. 
Fleksiyalaşmış köklərdə dillərarası müştərəklik
Türk dilləri, o cümlədən, Azərbaycan dili analitik element-
lərdən xali olmadığı üçün analitik dillərdə olduğu kimi sözlərin 
daxilində fleksiya elementlərinin baş verməsi də istisna sayılma-
malıdır. Bəzən tədqiqatçılar türk dillərinin, o cümlədən, Azər-
baycan dilinin aqlütinativ xarakterli olduğuna istinad edərək 
prefikslərin və ya digər analitizm-flektivizm izlərinin bu dillərə 
yad olduğu fikrini irəli sürürlər. Lakin müxtəlifsistemli dillərin 
materiallarının müqayisəli təhlili onu göstərir ki, dil tipologiya-
ları arasında qəti və kəskin sərhəd qoymaq mümkün deyildir. 
Belə ki, aqlütinativ dillərdə analitizm-flektivizm izləri olduğu 
kimi, analitik-flektiv dillərdə də aqlütinativizmin əlamətlərini 
görmək mümkündür. Bunun kimi, məsələn, Azərbaycan dilində 
həm köksözlülülyün, həm də polisintetizmin əlamətlərini axtarıb
tapmaq çətin deyildir. Məsələ burasındadır ki, müxtəlifsistemli 
dillərin materiallarının müqayisəli təhlili ilə ana dilində, bir çox 
hallarda müəyyənləşdirilməsi çətin olan rekonstruksiyaların həll 
olunması maraqlı nəticələrlə yekunlaşa bilir.
Azərbaycan dilində fleksiyalaşmış köklərin əsas əlamətlə-
rindən biri kökdaxili saitin kənara çıxması ilə kök konstruksiya-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin