Mübariz Yusifov 160 köpək-sobaka, kəfən-savan, kırk-sorok kimi paralelləri nümunə
gətirərək yazır ki, “Bu cür paralelləri təsadüfi oxşarlıq və ya
Azərbaycan və türk dillərində işlənən kino-sinema, siklop-kik- lop, silindr-kilender tipli eyni sözün müxtəlif dillərdən, müxtəlif
mənbələrdən (məsələn, kedr-sidr ağacı) alınmış forması kimi
qiymətləndirmək olardı, lakin türk mənşəli sözlərin də ayrı-ayrı
türk dilləri üzrə k-s fərqi ilə yayılması, yəni kemik-sümük tipli
paralellərin varlığı və belə paralellərin hətta, eyni dildə işlən-
məsi faktı göstərir ki, hind-Avropa dillərində olduğu kimi, türk
dillərində də qədim k-s fərqi olmuşdur”.
1
Göstərilən nümunələr ciddi faktlardır. Ancaq onu da nəzərə
almaq lazımdır ki, dialekt faktı kimi, bir qayda olaraq, nitq də-
yişmələri nəzərə alınır. Paralel keçidlər üzrə formalaşan sözləri
isə dilin leksik-semantik inkişafında müvafiq rolu olan sinonim-
ləşmənin qədim izlərindən biri kimi də nəzərə almaq olar. Doğ-
rudur, dillərarası xüsusi leksik vahidlərin yaranmasında dife-
rensiallaşma prosesinin mühüm rolu vardır. Ancaq onu da etiraf
etmək lazımdır ki, qohum dillər arasında paralel keçidli sözlərin
baş verməsi sinonimliyə aparan yollardan biri olmuşdur. Müxtə-
lifsistemli dillərdə paralel keçidli sözlərin baş verməsi də dil-
lərin leksik-semantik inkişafını göstərən proseslərdən biri kimi
qiymətləndirilə bilər.
Türk dilləri nümunəsində paralel keçidlərlə səciyyələnən
aşağıdakı kimi dil faktlarını misal göstərmək olar:
K (q, x) – s: koyun (türk, qaq.), qoyun (Azərb. türkm.), xoy (xak), sarık (tat.).
K-s: kemik (türk. qaq.), sümük (Azərb.); kar (Azərb.), keren (qaq.qırğ.), sağır (türk).
K- (q) – p (v): kurt (türk), qurd (Azərb.), püüz (xak.), börü (tuv.), buri (özb.), büre (tat).
1 F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1989, s. 111-112.