Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə135/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
163
 
Dillərarası motivasiya müştərəkliyi
Müxtəlifsistemli dillərə məxsus oxşar elementlərin forma-
laşması prosesində də təfəkkür tipologiyasının aparıcı rolu var-
dır. İnsanların hansı ərazidə, hansı təbii şəraitdə yaşamasından 
asılı olmayaraq əşya və hadisələrə oxşar münasibətin, oxşar id-
rak prosesinin, oxşar qavrayışın nəticəsində, struktur cəhətdən 
oxşar olmayan, ancaq əşya və hadisənin mahiyyəti baxımından 
mənaca bir-birinin üstünə düşən sözlərin formalaşması prosesi 
baş verir. Təfəkkür tipologiyasının məhsulu olan belə sözlərdə 
motivasiya bazası eyni olur. Tipologiya termini mənşəcə yunan 
dilinə məxsusdur. Tipologiya termini dil strukturuna aidiyyəti 
olan bir söz kimi tiplərin (əyşa və hadislərin) arasındakı qar-
şılıqlı əlaqəsi mənasında başa düşülür. Bu mənada, təfəkkür ti-
pologiyası təfəkkürlərarası qarşılıqlı əlaqə kimi anlaşılır. Motiv 
termini mənşəcə fransız dilinə məxsusdur. Mənası dəlil, sübut, 
səbəb, əsaslandırma deməkdir. Tipoloji qarşılaşdırmada motiv 
sözü müxtəlif tiplərin oxşar məna bazasına malik olması kimi 
başa düşülməlidir.
Müxtəlifsistemli dillərdə motivasiya müştərəkliyinin müəy-
yən edilməsi oxşar əşya və hadisələrə dair adlandırılmaların 
təfəkkür tipologiyası ilə bağlı olduğunu təsbit etmək baxımın-
dan əhəmiyyətlidir. Eyni zamanda, motivasiya müştərəkliyi 
bazasında formalaşan elementlərin müqayisəsi etimoloji təhlil 
üçün ciddi və maraqlı nəticələr əldə etməyə imkan verir. 
Motivasiya müştərəkliyinə aid nümunələrin mövcudluğu
əslində sözlərin yox, anlayışların oxşar olması deməkdir. Bu isə 
bir daha belə bir fikri təsdiq etməyə əsas verir ki, “ulu dil” anlayı-
şı özünü doğrulda bilən dəlillər vermir. Dillər arasında təfəkkür 
tipologiyasının məhsulu kimi quruluşca və mənaca oxşar sözlər 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin