Linqvistik tipologiya 167 qor kökünün bir mənası qorumaqla bağlıdır. Qorumaq sözü-
nün motivi ətrafı bağlı olmaq anlayışından ibarətdir. Bu mə-
nada rus dilindəki огород (bostan, dirrik) sözündə də ətrafı
bağlılıq anlayışını müşahidə etmək olur. Qor tərkibinin (ətrafı)
bağlılıq anlayışını rus dilindəki qor elementli огороживание (çəpərləmə, hasarlama), огородить (çəpərləmək, hasarlamaq),
огороженный (çəpərlənmiş, hasarlanmış), городить (çəpər-
ləmək, hasarlamaq), перегородить (arakəsmə ilə bölmək),
перегородка (arakəsmə, bölmə), отгороживание (ayırmaq,
arakəsmə etmək), загородить (hasarlamaq), загорода (çəpər,
hasar), həmçinin, граница (sərhəd); граничить (həmsərhəd ol-
maq) kimi sözlərdə müşahidə etmək olur.
Rus dilindəki город sözünün mənası da ətrafı hasarlı, çəpər-
li, bağlı anlayışı üzrə formalaşmışdır. Müasir Azərbaycan dilin-
də город mənası verən xüsusi milli sözümüz mövcud deyildir.
Lakin mənbələrdə şəhər mənası bildirən balık və ken(kən) kənd sözlərinin işlənməsi qeydə alınmışdır: “Üç, otuz balıq sıdı” (On-
lar iyirmi üç şəhəri dağıtdılar) (DTS, 80); “Beq kənddə qışladı”
(Bəy qışı şəhərdə keçirdi; şəhərdə qışladı) (DTS, 290).
Şəhər mənasındakı balıq sözünün kökü ba hissəsindən
ibarətdir. Ba hissəsi qədim dövr üçün səciyyəvi olan samit-sait
quruluşlu köklər sırasına daxildir. Ba tərkibinin axırına aqlütina-
siya mərhələsinin tələbinə görə affiksal səciyyəli ğ elementi qo-
şulmuşdur. Beləliklə, ba kökünün bağlılıqla əlaqədar olan mə-
nası konkretləşmişdir. Şəhər mənasındakı balık sözü də город sözündə olduğu kimi bağlılıq anlayışı üzrə motivləşmişdir.
Şəhər mənasındakı balık (balıq) sözünün izlərinə Türkiyədəki
Balıkesir şəhər adında və Lənkəran rayonundakı Balik yaşayış
məskəni adında rast gəlmək olur.
Kən və kənd tərkibləri Səmərqənd, Daşkənd, Çimkənd,
Bilkənd, Balakən, Mərdəkan, Gəncə kimi toponimlik adlarda