Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə144/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   149
Linqvistik tipologiya

Mübariz Yusifov
174
yerdə eyni olmamasından və insan mühitinin fərdi cəhətlərindən 
ibarət ola bilər. Oxşar imitasiyalar isə təfəkkür tipologiyasında 
müştərək dil vahidlərinin formalaşmasına gətirib çıxarır. Dillə-
rin ilkin mərhələsində birhecalı şəkildə formalaşan elementlərdə 
belə oxşarlıqlar daha çox ola bilərdi. Ancaq bu o demək deyil-
dir ki, bütün ilkin köklər arasında ulu dil nəzəriyyəsində iddia 
edildiyi kimi tam bir müştərəklik olmuşdur. Müştərəklik ancaq 
oxşar imitasiyalarla yaranmış müəyyən qrup sözlər arasında baş 
verə bilərdi ki, onların mövcudluğu da müqayisəli tədqiqatlar-
da təsdiq olunur. Sonrakı kök-şəkilçi tərkibli sözlərdə müşahidə 
olunan müştərəklik isə birhecalılığın izlərinin yaşadılması və 
ənənəvi davamı kimi qalır. Paralel müştərəkliklər, artıq dillərin 
diferensiallaşması mərhələsinin məhsulu kimi nəzərə alına bilər. 
Motivasiya müştərəkliyi də dillərin diferensiallaşması mərhələ-
sinin məhsulu kimi formalaşır. Ancaq belə sözlər eyni tərzdə 
qavranılmış əşya və hadisələrin təfəkkür tipologiyasında ümumi 
anlayış təsəvvürü yaratmasının nəticəsində formalaşır. Belə ki, 
sözlər eyni motiv bazasında ancaq bir-birindən fərqli quruluşda 
ifadə olunur.
Təfəkkür tipologiyası müxtəlifsistemli dillərin müştərəkli-
yinin təməlidir. Təfəkkür tipologiyası insanların hansı məkanda 
yaşamasından asılıl olmayaraq insan və təbiət hadisələri arasın-
da oxşar əlaqələri formalaşdırır. Bunun sayəsində də dillərarası 
müştərəkliklər meydana gəlir. Lakin insanlar bir-birindən fərqli 
məkanlarda meydana gəlib məskunlaşdığından təfəkkür tipo-
logiyası onların dilləri arasında tam bərabər elementlərin forma-
laşdırılmasını təmin edə bilmir. İnsan cəmiyyətlərində onların 
təbiətlə əlaqəsinin səviyyəsi tam eyni olmadığı üçün bütün söz-
lər də eyni vaxtda, eyni tərzdə formalaşa bilmir. Çünki dil tə-
biətdən yaranır, cəmiyyətdə formalaşır. Odur ki, dillərarası müş-
tərəklik elementləri nə qədərdirsə müştərək olmayan elementlər 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin