Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə136/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
164
yaranırsa quruluşca müxtəlif olan, ancaq mənaca bir-birinin üs-
tünə düşən sözlər də formalaşa bilər. Motivasiya müştərəkliyi də 
dillərin ilkin sözyaratma mərhələsindəki sinonimləşməyə doğ-
ru gedən yolların bir nümunəsi kimi nəzərə alına bilər. Sonra-
kı proseslərdə sinonimləşmənin daha optimal bir yolla inkişaf 
etməsi səbəbindən paralel müştərəklik olduğu kimi motivasiya 
müştərəkliyi prosesində də ləngimələr baş vermişdir. Motivasi-
ya müştərəkliyinin izləri isə sinonimliyə aparan istiqamətlərdən 
biri kimi müvafiq dil nümunələrində saxlanmaqdadır. Belə nü-
munələrə dair aşağıdakı kimi dil faktlarını misal göstərmək olar:
Qol –sözü. Qol-sözü türk dillərində həm qol, həm də əl mə-
nasında işlədilir. Qol sözünün qarşılığı rus dilində ruk(a) fars 
dilində dəst, ingilis dilində hand (hənd), fransız dilində mayn
ispan və italyan dillərində mano sözləri ilə ifadə olunur. Qeyd 
etmək lazımdır ki, nümunə gətirilən dillərdə də əlqol an-
layışı bir söz vasitəsi ilə bildirilir. Adi qaydada onların eyni 
məna bazasında formalaşdığını təsəvvürə gətirmək asan olmur. 
Ancaq bu sözlərin derivatlarını müqayisə etdikdə məna bazası 
aydınlaşır. Azərbaycan dilindəki qol və əl sözlərinin də qədim 
mənbələrdə eyni mənada işləndiyi qeyd olunmuşdur (DTS, 169, 
453). Ona görə də əl və qol anlayışı üzrə formalaşmış derivat-
larda mənaca oxşarlığın bir-birinin üzərinə düşdüyü müşahidə 
edilir. Belə ki, Azərbaycan dilində əl sözündən əlcək sözü əmələ 
gəlmişdir. Rus dilində əlcək sözünün qarşılığı руковица sözüdür. 
Kök Azərbaycan dilində əl, rus dilində isə əl və qol anlayışı bil-
dirən рука tərkibidir. Rus dilində, eyni zamanda, рука sözünün 
əl anlayışı əsasında formalaşmış рукоделие (əl işi), рукомойник 
(əlüzyuyan), рукопись (əlyazma), рукопожатие (əl ver-
mə), рукопашня (əlbəyaxa); qol anlayışı əsasında рукоятка 
(qulp), рукоприкладство (qol çəkmə, imza etmək), рукастый 
(uzunqol) kimi sözlər düzəlmişdir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin