Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə128/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
156
Bu da ənənəvi keçid kimi tamamilə qanunauyğunluqdur. Alov 
sözünün tərkibindəki lov hissəsi müasir dilimizdə müstəqil iş-
lənməsə də Şərq arealında (xüsusən Bakıda) lo şəklində od, od 
parçası, yanar od mənası bildirməklə işlədilir: «Bu nə lodu, ba-
lam, düşüb canımıza» (Şifahi nitqdən). 
Rus dilindəki лам tərkibi, həmçinin, лампа sözünün də kök 
hissəsi kimi işlənir. Buradan lam tərkibinin alovla, yanmaqla 
bağlı məna bildirdiyi aydınlaşdırılır. İlkin formaca şərti bərpa 
edilən allov sözünün də mənasına aydınlıq gətirilir. Belə ki, al 
sözünün qırmızı, alov hissəsinin yanar od mənası sözün özünün 
qırmızı yanar od (və ya çıraq) mənası bildirdiyini göstərir. Azər-
baycan dilindəki lopa (məşəl) sözünün lop hissəsi də alov sözün-
dəki lov tərkibinin adekvatından ibarətdir. Rus dilində işlədilən 
lampa sözü fars dilində də iki variant üzrə lampa və lamp şək-
lində çıraq mənasında işlədilir. Ərəb dilində lam lov hissələrinin 
adekvatı kimi lame (parıldayan, parlaq, parlaq şölə ilə yanan) 
sözü vardır. Пламя sözünün пл tərkibi, əslində, samit birləşməsi 
şəklinə düşmüş пыл kökünün reliktidir. Пыл kökünün yanmaqla 
bağlı mənası rus dilində qalmaqdadır: пыл (od, alov), пылать 
(alovlanmaq, alışmaq), пылкий (atəşli, odlu, hərarətli) və s.
Azərbaycan dilindəki alov (allov-yallov) sözünün izomorfik 
modelində olduğu kimi, rus dilində də analoji variant пыллам(я) 
şəklində təsəvvür edilə bilər: alov-allov-yallov (yal-yanmaq, 
lov-alovlanmaq); пламя- пыллам(я) (pıl-yanmaq, lam işıq, 
şəfəq). Həmçinin, ərəb dilindəki ləhəb sözünün ləh hissəsi yan-
maq mənasında lov, lam tərkibləri ilə adekvatlıq yaradır. Eyni 
zamanda, ərəb dilindəki parıldayan, alov saçan mənasındakı 
şölə sözünün  hissəsini də lovlam tərkiblərinin adekvatı hesab 
etmək mümkündür. İngilis dilində də rus və fars dillərində oldu-
ğu kimi, yanmaq anlayışı ilə bağlı formalaşmış lampa sözünün 
lamp variantı işlədilir. 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin