Mübariz Yusifov 106 Ad və fel nitq hissələrinə aid birhecalı kök sinkretizmlərinin
nitqə görə fərqlənməsində tonallıq mühüm əhəmiyyət daşıyır.
Belə ki, məsələn, çat (isim), çat (fel); tut (isim), tut (fel); it (isim),
it (fel) və s. nümunələrdəki sait səslər tonallığın fərqləndirilmə-
sində əsas vasitədir. İsmi tonallıqda sait səs bir qədər zəif, feli
tonallıqda güclü hiss olunur. Bu da dilin ilkin sözyaratma mər-
hələsində eyni kök daxilində ismin və felin fərqləndiricisi kimi
digər vasitələrin mövcud olmadığını göstərir. Feli sinkretizmlər-
də tonallıq öz səslənmə təsirinə görə əmr formasının ikinci şəx-
sinin təkinin ifadəsinə bərabərdir. Yəni, məsələn, tut sözü isim
kimi işlədiləndə ton adi qayda səslənir. Fel kimi işlədildikdə isə
əmr formasının tonu öz gücünü və təsirini göstərir.
Ümumiyyətlə, həmin tipli köklərdə dil əşyalılığa və hərəkətə
görə xüsusi bir fərq qoymur. Ona görə də nitq təfəkkürün gücü
ilə məcburən iki anlayışı bir strukturda birləşdirir. Tonallıq isə
sözün strukturunu yox, mənasını fərqləndirməyə xidmət edir.
Bütün bunlar göstərir ki, dilin ən qədim dövrlərində təfəkkür
imkanları dil imkanlarından güclü olmuşdur. Dil daim təfəkkü-
rün arxasınca gedərək nitqin intensiv fəaliyyəti ilə özünə yeni
strukturlar formalaşdırmışdır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bəzi tədqiqatlarda
ikihecalı sözlərdə də vurğu onları ismə və felə görə fərqləndi-
rir: alma-a / lma, bölmə-bö / lmə, vurma-vu / rma, çıxma-ç / ıxma, gə / lmə-gəlmə, yarma-ya / rma, boğma-bo / ğma, qırma-qı / rma, gə- lin-gə / lin və s.
Buna istinad edərək tədqiqatların bəzilərində belə sözlər
də fonetik söz yaradıcılığına aid edilir. Nəzərə almaq lazımdır
ki, bunlar sadə kök sözlər yox, düzəltmə sözlərdir. Ona görə də
nəzərə almaq lazımdır ki, burada tonallıqla birlikdə sözyaratma-
da şəkilçilərin də rolu vardır. Yəni burada tonallığın funksiyası
nə qədərdirsə şəkilçilərin funksiyası da o qədərdir. Odur ki, söz-