Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə78/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
101
AnmaqAn- kökü bilmək, başa düşmək, anlamaq, xatırla-
maq mənasında işlədilir. Dildə analitizm - flektivizm mərhələ-
sinin keçid dövrünə məxsus əlamətlərdən biri yeni sözyaratma 
prosesində saitlə başlayan kökün üzərinə samit əlavəsindən 
ibarət olmuşdur. An kökünün üzərinə də müəyyən samitlər əlavə 
olunmaqla mənbə tərkibdəki anlayışlarda məna ardıcıllığını sax-
layan, eyni zamanda əks məna bildirən vahidlər formalaşmışdır. 
Məsələn, an kökünə q əlavə etməklə qan(maq) (bilmək) əlavə 
etməklə sanmaq (düşünmək) kimi məna ardıcıllığını saxlayan 
vahidlər düzəldiyi kimi d əlavə edilməsi ilə danmaq (inkar et-
mək) kimi əksmənalı (enantiosemik) vahidlər yaranmışdır.
Öy köküÖy kökündən öyüd (nəsihət), öymək (tərifləmək), 
öyünmək (özü-özünü tərif etmək, qürrələnmək) sözləri düzəlir. 
Bu kökün üzərinə s əlavə etdikdə söy(mək) kökü alınır. Belə-
liklə, eyni kök bazasında öy (təriflə) və söy (pislə) kimi daxili 
ziddəyyətli sözlər düzəldir. 
Ar köküAr kökünə müvafiq şəkilçilər qoşulmaqla arı (tə-
miz) arıtlamaq (təmizləmək), arıq (kökündən xalı, təmiz) kimi 
sözlər düzəlir. Bu kökün üzərinə q əlavə etdikdə isə qar kökü 
alınır ki, həmin kökdən əmələ gələn qarışıq sözündə təmiz mə-
nası ilə zidd olan başqa bir məna ifadə olunur. 
İz köküİz kökündən izləmək sözü düzəlir ki, bunun da moti-
vi tapmaq, aşkar etmək mənasına uyğundur. Həmin kökə g əlavə 
olunduqda giz kökündən düzələn gizli, gizlən sözlərində isə izlə 
sözü ilə zidd məna bildirilir.
Ad kökü. Ad kökündən adlanmaq sözü düzəlir. Bunun da 
motivi tanınmaq, bilinmək anlayışlarından ibarətdir. Bu kökə y 
əlavə olunduqda yad sözü alınır ki, onun da mənası tanınmayan, 
bilinməyən anlayışından ibarətdir.
Ox köküOx kökünə ç samiti əlavə edildikdə çoxy əlavə 
edildikdə onun əksi olan yox kökü alınır. Onlardan əmələ gələn 
çoxluq-yoxluq, çoxalmaq-yoxalmaq kimi sözlərdə də əks məna-
lılıq bildirilir.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin