Mübariz Yusifov 96 maq, elan etmək) sözlərində ql səs birləşməsi iştirak edir. Hər
iki sözdə ql birləşməsi ilkin kökün izi kimi iştirak edir. Kökün
tam şəkli isə голос sözündəki qol hissəsində ifadə olunur. Bunun
kimi, Azərbaycan dilində atlanmaq sözü vardır. Sözün tərkibin-
də kök tl səs birləşməsidir. Burada огласить sözündə olduğu
kimi, tl tərkibində iştirak etməli olan a saiti flektivliyin təsiri ilə
kənara çıxmışdır. Onun bütöv adekvatı isə tullanmaq sözündəki
tul hissəsindən ibarətdir. Tul kökünün tıl variantı isə atılmaq sö-
zündə ifadə olunur. Yaxud oğru sözündə kök ğr birləşməsindən
ibarətdir. Kökün tam şəkli isə oğurluq sözündəki ğur tərkibində
müşahidə edilir. Belə nümunələr çoxdur və müqayisəli təhlildə
onların barəsində bəhs edilir.
Azərbaycan dilində aqlütinasiya prosesi gücləndikcə kök və
şəkilçilərdə asemantikləşmə də baş vermişdir. Məsələn, ağac, odun, ayaq, ağız, ağır, asta, üstün, saxla, quzu, quyu, axtar, qaytar, qayna, qayış, eniş, yoxuş, qaytan, qabırğa, dəyirman kimi sözlər-
də kök-şəkilçi asemantikləşməsi baş vermişdir. Ona görə də on-
larda kök və şəkilçini ayırd etmək çətinləşir. Bunun kimi sözlərin
təhlilində isə müxtəlifsistemli dillərin materiallarının müqayisəsi
çox böyük səmərəli nəticələr əldə etməyə imkan verir.
Genetik köklərdə məna diferensiallaşması Omonimləşmə. Genetik köklərdə omonimləşmə ilkin mər-
hələni təşkil edir. Omonimləşmə o mərhələnin məhsulu hesab
edilir ki, həmin dövrdə dilin fonomorfoloji söz tərkibi zəif inki-
şaf etmiş olsun. Doğrudan da informasiya dilinin ən qədim mər-
hələsində anlayışların qavranılması intensiv olmadığından dildə
çoxlu söz tərkibinin mövcudluğundan da bəhs etmək mümkün
deyildir. Belə hesab etmək olar ki, ilkin informasiya mərhələ-
sində söz tərkibləri az olmuş, yeni qavranılan anlayışlar isə bu
söz tərkiblərində yerləşdirilmişdir. Bu mərhələ bütün dillərdə