Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə77/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
100
alt-üst, al-ver, ac-tox, aç-ört, var-yox, at-tut  kimi sözlərdə gör-
mək olar. Həyat hadisələrinin insan idrakı tərəfindən qavrayışı 
prosesi gücləndikcə yeni yaranan antonim sözlərin kəmiyyəti də 
artır. Nəticədə iki və daha artıq heca tərkibinə malik olan anto-
nimlər yaranır: yeyin-asta, cəld-yavaş, yaxşı-pis, yaxşılıq-pislik, 
gecə-gündüz, işıq-qaranlıq, dərin-dayaz, uzaq-yaxın, gediş-gə-
liş, gözəl-çirkinisti-soyuq, köhnə-təzə və s. 
Enantiosemlər. Enantiosemiya termini yunan mənşəlidir. 
Bu termin dilçilikdə sözdaxili əks mənalılıq bildirən vahidlərə 
aid edilir.
11
Məsələn, yaman sözü əslən pis mənasında işlənmiş-
dir. Eyni zamanda yaman sözü yaxşı mənasında da işlənir: ya-
man oxuyur, yaman danışır, yaman yazır və s. Bunun kimi, yazıq 
sözü eyni tərkibdə günahlı-günahsız (məsum, məzlum), bağla-
maq sözü açmaq-bağlamaq, (həyətə su bağlamaq-su açmaq), 
yanmaq sözü yanmaq-yanmamaq (lampa yandı-işıqlaşdı, lam-
pa yandı - xarab oldu), becərmək sözü yetişdirmək-zay etmək 
(bostanı becərmək-yetişdirmək bostana baxmamaq-becərmək) 
kimi mənalarda işlənə bilir. Bunlar dilin müasir vəziyyətinə aid 
olan nümunələrdəndir. Bu nümunələrdə eyni sözün daxili əkslik 
bildirməsi dilin qədim dövrlərinə aid olan əlamətlərin izlərinin 
öz varisliyini yaşatmasından ibarətdir. Bunlarla yanaşı dildə 
təkhecalılıq dövrünə məxsus daxili ziddiyyət bildirməklə səciy-
yələnən elementlərin izləri də saxlanmaqdadır. Bunlara aid aşa-
ğıdakı kimi nümunələri misal göstərmək olar:
1
Л.А.Новикова. Антонимия в русском языке. (Семантический анализ 
противоположоности в лексике) М., 1973, с. 59, 83, 86, 87, 89; А.А.Уфи-
мцева. Слово в лексико-семантической системе языка. М., 1968 с. 
191-192; Д.Н.Шмелев. Проблемы семантического анализа лексики (на 
материале русского языка). М., “Наука”, 1973, с. 181; З.И.Будагова. О 
глаголной эанантиосемии в азербайджанском языке. Изв. АН. Азерб. ССР, 
(серия лит. яз и исск.), 1977, № 4, с. 56-57; А.К.Алекперов. Лексическая 
семантика простых глаголов в совреманном Азербайджанском языке. 
Баку, “Элм”, 1983, с. 100-122.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin