Mübariz Yusifov 82 Azərbaycan dilində hovlamaq sözü işlənir. Sözün hov kökü-
nün motivində yaranın su udması mənası durur. Yəni hov sözü
genetik cəhətdən su sözü ilə bağlıdır. Hov kökündən hovuz sözü
düzəlmişdir. Hov sözünün su ilə bağlılığı başqırd dilində su mə-
nasında işlədilən hıy (hıv) sözündə müşahidə edilir. H samitinin s samiti ilə əvəzlənməsi isə səslərin keçid sistemində mümkün
hadisələri bildirir.
Müqayisəli metodun, əslində iki növü qeyd olunur: 1) müqa-
yisəli-tarixi metod; 2) müqayisəli-tutuşdurma metodu. Müqa-
yisəli metod qohum dillərin inkişafının öyrənilməsinə tətbiq edil-
dikdə müqayisəli-tarixi, ayrıca bir dilin inkişafının öyrənilməsinə
tətbiq edildikdə isə tarixi-müqayisəli metod olur Yenə də Ko-
tuxova görə, “tarixi-müqayisəli” metod ayrıca bir dilin daxili və
xarici qanunauyğunluqlarını meydana çıxarmaq üçün həmin dilin
tarixi inkişafının öyrənilməsində istifadə edilən üsullar və təhlil
metodikası sistemlidir. Tarixi-müqayisəli metodun prinsipi dilin
forma və səslərinin eyniliyini və fərqini müəyyənləşdirməkdir
1
.
O.S.Axmanova müqayisəli-tarixi metodu belə təsəvvür edir:
“yazı vasitəsi ilə qeyd olunmamış seçilmiş dil faktorlarının yazı-
lı abidələrdə, yaxud nitqdə bilavasitə canlı surətdə işlənməsinə
görə məlum olan iki və yaxud bir neçə dilin daha sonrakı uyğun
faktları ilə mümtəzəm müqayisə yolu ilə bərpasının elmi üsulu”
2
Antuan Meyeyə görə “dilin tarixini yaratmağa yalnız müqayisəli
metodun imkan verməsi müddəasından belə çıxır ki, təcrid olun-
muş dil tarixdən məhrumdur
3
.”
Müqayisəli-tarixi metod ayrı-ayrı və qohum dillərin tarixini
öyrənmək üsuludur. Müqayisəli tarixi metodun məqsədi dillərin
müqayisəli tarixini yaratmaqdır.
1 A. Meye Сравнительный метод в историчекий языкознания” М. 1977 s.19 2 O. С. Ахманова Словарь лингвистических терминов М., 1966, s. 233 3 V.İ.Koduxova görə V.İ.Koduxov Общее языкознание М. 1977, s. 263