Linqvistik tipologiya 81 faktların araşdırılması ilə müvafiq nəticələr əldə etmək müm-
kün olur. Məsələn, müasir Azərbaycan dilində ütü sözü vardır.
Bu söz ikihecalıdır. Bu o deməkdir ki, ütü sözü tarixən düzəltmə
yolla əmələ gəlmişdir. Bu sözün sonuncu elementi ayrılıqda kök
üt şəklində qalır. Üt kökü ütmək (xəfif yandırmaq), ütülmək (xə- fif yandırılmaq) sözlərində işlədilir. Üt kökünə t əlavəsi ilə tüt kökü düzəlmişdir ki, buradan da tütün, tutuşmaq (yanmaq), tütsü (tüstü) sözləri düzəlmişdir. Müqayisə nəticəsində nə aydın olur?
Aydın olur ki, qədim dildə köklər birhecalı olmuş, sonradan bir-
hecalı sözlərdən yeni sözlər düzəlmişdir. Zaman keçdikcə kök və
şəkilçi bir vahid kimi formalaşmışdır. Odun sözü də bunun kimi-
dir. Bu söz əslində ikihecalı olmaqla bir vahiddən ibarətdir. Odun sözünün motivində yandırılmaq üçün istifadə edilən əşya anlayı-
şı vardır. Bu mənada sözü ilkin kök-şəkilçiyə ayırdıqda od (ot) və
un hissələri alınır. Od kökü genetik cəhətdən üt (yanmaq) kökü
ilə bağlıdır. Ancaq “odun” sözünə od anlayışı itdiyindən “odun”
sözünün yanacaq növü mənası köhnəlmiş, həmin söz “ağac par-
çası” kimi məna qazanmışdır. Yaxud göy sözü indiki dildə rəng, səma, xəsis mənalarında işlənir. Göy sözünün klassik mənbələrdə
yanmaq mənasına da rast gəlmək olar:
Çıraq göydirəcik naleyi əfqanımdan, Fitləsin qılıram məğzi-üstüxanımdan (Füzuli) Göy sözünün müasir türk dillərində yanmaq mənası möv-
cuddur. Azərbaycan dilində göy sözü istidən yanmaq yox, so-
yuqdan yanmaq (göyərmək) mənasında işlədilir: Soyuqdan gömgöy göyərmək, göyüm-göyüm göynəmək və s. Göy sözünün
yanmaq mənası yerli şivələrdə də işlədilir: Ocağa yaxın durma, paltarın göyürər. (Muğan)