Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə37/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
39
dilində insanı cinsə görə fərqləndirən müvafiq sözlər vardır: ki-
şi-qadın, qız-oğlan və s. heyvana aid cins bildirən sözlərdə isə 
boşluqlar var. Məsələn, erkək at ayğır adlanır, dişi at madyan
Erkək dəvə nər adlanır, dişi dəvə maya. Ancaq erkək şir ilə ca-
navar ilə, tülkü ilə pişik ilə onların dişilərini bildirən sözlər for-
malaşmamışdır. Odur ki, belə boşluqların səbəbləri də insan və 
ətraf mühitin dərki ilə bağlı müəyyən olunmalıdır. İndiki infor-
masiya əsrində ayrı-ayrı müstəqil dillərin beynəlxalq informa-
siya məkanına qoşulmasında sözlərin düzgün mənalandırılması 
baxımından bu istiqamətdəki tədqiqatlar xüsusi əhəmiyyətə ma-
likdir. Onu da nəzərə almaq lazımdır ki, müxtəlifsistemli dillər-
dəki genetik müştərəklikləri araşdırdıqca bu dillərdəki tipoloji 
uyğunluqlara aid faktları da ortaya çıxarmaq olur. Bu baxım-
dan dillərin tipoloji dəyişmələrinin istiqamətləri barəsindəki bir 
çox fikirlərə də yeniliklər edə bilmək mümkündür. Ona görə də 
görkəmli alimlərin müxtəlifsistemli dillər barədə dediyi bu fi-
kirləri unutmaq olmaz ki, “Müxtəlifsistemli dillərin müqayisəli 
təhlili ana dilində çətin müşahidə olunan məqamların açılmasına 
imkan yaradır, eyni zamanda, ana dilini gözlənilməz bir nurla 
işıqlandırır”.
1
1
Л.В.Щерба. Преподавание иностранных языков в школе. М-Л., 1947, с. 
44; А.Ахундов. Цмуми дилчилик. Бакы, 1979, с. 234.


Mübariz Yusifov
40
Dünya dillərinin genealogiyası
Dillərin genealoji təsnifi tipoloji tədqiqatlarla bağlı meydana 
çıxmışdır. Genealoji təsnif qohum dil ailələrinin qruplaşdırılma-
sı məsələsini əhatə edir. Qohum dillərin öyrənilməsi ilə əlaqə-
dar belə bir məsələ aydınlaşdırılmalı olur ki, bu dillər müəyyən 
arasıkəsilməz ərazilərdə yayılmışdır. Bundan belə çıxır ki, dil 
yayılmamışdan əvvəl dil istifadəçiləri müvafiq ərazilərdə məs-
kunlaşmışalar. Qohum dillərin müəyyən ərazilər üzrə yayılma-
sını öyrənmək dilçilik coğrafiyasının meydana gəlməsini şərt-
ləndirir. Tipoloji təsnifə müxtəlifsistemli, qohum olan və qohum 
olmayan dillər daxil edilirsə, genealoji təsnifə ancaq qohum 
olan dillər, dil ailələri, dil qrupları daxil edilir. Dillərin qohum-
luq coğrafiyası A.A. Reformatiskinin “Введение языкознание”
(M., 1967) adlı əsərinə geniş və ətraflı izah edilir. Həmin kitabda 
dillərin genealoji təsnifi aşağıdakı kimi verilmişdir:
Hind-Avropa dilləri
Hind qrupu
Bu qrupda 96-dan çox canlı dil olduğu göstərilir:
1. Hindi və Urdu (Hindistani)
2. Benqal
3. Pəncab
4. Lahnda
5. Sindhi
6. Pacastrani
7. Qucarati
8. Marathi
9. Sinqal



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin