Linqvistik tipologiya 63 dır-atdır.Yerdəyişmə isə mümkün deyildir: at-ın-lar-dır forması
yoxdur. Eləcə də sözdüzəldici şəkilçilərdə sıra vardır: qur-aş- dır-ıcı-lıq. Bu sözdə şəkilçilərin yerini dəyişib qur-dur-aş-ıcı-lıq kimi ifadə etmək olmur.
Türk dilləri ailəsi aqlütinativ dillər qrupuna daxildir. Türk
dillərində bir qayda olaraq sözdüzəldici və sözdəyişdirici şəkil-
çilərin söz sonuna qoşulması ümumi qaydadır. Həm sözdüzəldi-
ci, həm də sözdəyişdirici şəkilçilərin hər birinin qrammatik mə-
nası vardır. Məsələn, saxlatdırılacaqdırsözündə saxla söz kökü
– birinci icbar növ şəkilçisi (t), ikinci icbardan icbar düzəldən
şəkilçi (-dır), -ıl məchul növ şəkilçisi, acaq qəti gələcək zaman
şəkilçisi, -dır (sonuncu) xəbərlik şəkilçisidir. Aqlütinativ dillərə
məxsus bu əlamət başqa dillərdə mövcud deyildir. Aqlütinativ
dillər qrupunda türk dilləri aparıcı yer tutur. Bu dillər qrupuna,
həmçinin fin-uqor və monqol dilləri daxildir.
İnkorporlaşan (polisintetik) dillər İnkorporlaşma termini mənşəcə latın dilinə məxsusdur. Mə-
nası öz tərkibinə daxil olmaq, birləşmək, bitişmək deməkdir. İn-
korporlaşan dillərə polisintetik dillər də deyilir. Polisintetik ter-
mini də mənşəcə latın dilinə məxsusdur. İkorporlaşma ilə paralel
işlədilir. Polisintetik dillərdə söz ilə cümlənin sərhəddi yoxdur.
Yəni cümlələr daxilən sıralanır, sözlərin leksik funksiyası qram-
matik funksiya ilə əvəz olunur. Ona görə də bu dillər polisintetik
hesab olunur. Polisintetik dillərə Amerika hindularının dilləri,
eləcə də çukot-koryak dilləri qrupu daxildir. Şimali Amerika
hindularının dilindəki ninakakvasözünü polisintetizmə aid nü-
munə kimi göstərmək olar. Bu söz hərfən mən ət yeməkmənasını
bildirir. Burada ni mən,nakatatl(kök – naka) - ət, kva – yemək
mənasını bildirən sözlərdir. Onlar bir vahiddə birləşib söz şəkil-
ndə formalaşsa da əslində, cümlə kimi işlədilir.
Yaxud tivalantoaksözü mən bıçağı çıxartdım mənasını bil-
dirir. Burada ti– birinci şəxsin presiksi, vala – bıçaq söznün əsa-