Linqvistik tipologiya 61 dən хаживать (yerimək) sözü düzəldilir. Хаживать sözünə y əlavə etdikdə yхаживать (qulluq etmək), уход (gediş), выходь (çıxış), вход (giriş) kimi sözlər yaranır. Flektiv dillərin daxili
quruluşunda analitizm əsas yer tutur. Analitizm termini mən-
şəcə latın dilinə məxsusdur. Mənası uyğun olan (bərabər olan)
deməkdir. Dilçilikdə analitizm termini bərabərhüquqlu (söz-
hüquqlu) elemetlərin birləşib bir vahid yaratmsı kimi qəbul edi-
lir. Analitizm həm də sözün əvvəlinə bərabərhüquqlu sözyarat-
ma funksiyasını daşıya bilən elementlərin daxil edilməsi kimi də
başa düşülür. Analitizm bir qayda olaraq sintetizmə qarşı qoyu-
lur. Sintetizm sözü bir termin kimi sintezsözündən yaranmışdır.
Mənası qoşulma deməkdir. Dilçilikdə sonşəkilçililik mənasında
başa düşülür. Sintetizm və analitizm dillərdə adekvat vahidlərin
əvvələ və ya sona qoşulması faktlarına əsasən müqayisə edilir.
Məsələn, rus dilindəki столsözü hallanıb yiyəlik hala düşdükdə
стола (stolun) formasını alır. Fransız dilində isə adekvat element
əvvələ keçir: dela tabe; ingilis dilində eyni qayda müşahidə edi-
lir: to table. Rus dilindəki страна sözü hala görə dəyişdikdə
страны, стране, страну, страной, странами, странах kimi
formalara düşür. Yəni sözün əvvəli yox, sonu dəyişir. İngilis dil-
ndə isə sözün əvvəli dəyişir: the country(ölkə),of the contury (ölkənin)to the country(ölkəyə), with the country(ölkə ilə)vəs.
Bu xüsusiyyətə görə rus dili ya flektiv-sintetik və ya flek-
tiv dillər qrupuna daxil edilir. Roman-german dilləri isə anali-
tik dillər hesab olunur. Halbuki, rus dilini, eləcə də rus dilinin
daxil olduğu slavyan dil qrupunu analitizmdən təcrid etmək
mümkün deyildir. Misal üçün aşağıdakı nümunələri nəzərə al-
maq olar: верuть–поверить, играть–проиграть, классный– внеклассный, планетный–межпланетный, краска–окраска, против–напротив, стол–на столе, под столом, звонить– перезвонить və s. Analitik tip kimi təqdim olunan dillərdə sintetizm (şəkil-