Mübariz Yusifov 60 nanın əlavəsi, canlandırılması, başqa sözlə, intensivləşdirilməsi
müşahidə edilir. Məsələn, kanь (görmək) – kanь-kanь (nəzarət
etmək), tin (dinlənmək) – tin-tin (çox dinləmək), dzou (yerimək)
– dzou-dzou (gəzmək) və s. bu cür sözlər Azərbaycan dilindəki yavaş – yavaş-yavaş, isti – isti-isti, tez – tez-tez kimi sözlərlə
müqayisə edilə bilər.
Çin dilinin cümlələrində sıra və ardıcılıq sabitdir. Cümlədə
sözlərin yerini dəyişdikdə mənada dəyişmə baş verir. Çin dili
cümlələrində zahirən sözlərin hansı cümlə üzvü olmasını təyin
etmək olmur. Çünki sözlərin qrammatik şəkilçisi yoxdur. Belə
ki, Azərbaycan dilindəki “Kitab stolun üstündədir” cümləsində
aydın olur ki, kitab adlıq haldadır, xəbərlə üzlaşma əlaqəsi yara-
dır. Kitab sözünün yerini dəyişdikdə qrammatik mənada da də-
yişmə baş verir: “Stolun üstündəki kitabdır”. Bu cümlədə kitab sözü xəbərin qrammatik əlamətini qəbul edir. Stolunüstündədir xəbəri isə mübtədanın qrammatik əlamətini qəbul edir. Çin dilin-
də sözlər intonasiyaya və müvafiq bir sıra ilə düzülür. Məsələn, Vo (mən) tala (vurdum) ta(onu)cümləsini Azərbaycan dilinin
qrammatikası üzrə dəyişdikdə məna dəyişmir. Ta (onu) vo (mən) tala (vurdum).Çin dilində isə “Ta vo dala” forması ilə “O, məni
vurdu” mənası alınır.
Çin dilinə aid bu xüsusiyyətlər digər köksözlü Tibet dillərin-
də də (tai-çin, tibet-birma, Himalay, Vyetnam) mövcuddur.
Flektiv (analitik) dillər Flektiv (analitik) dillər qrupuna Hind-Avropa dilləri ailəsi
daxildir. Dilçilik ədəbiyyatında bəzən flektiv və analitik dillə-
ri bir-birindən fərqləndirən əlamətlərin müəyyənləşdirilməsinə
cəhd göstərilir. Flektiv termini mənşə etibarı ilə latın dilinə məx-
susdur. Mənası əyilmə, dəyişmə deməkdir. Dilçilikdə sonluq,
sözün son hissəsinin təsriflənməyə görə dəyişməsi, həmçinin
daxili dəyişmə mənasında işlənir. Daxili dəyişmə zamanı sözün
mənasında fərqlənmə baş verir. Məsələn, ход (hərəkət) sözün-