Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə46/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
64
sı, nto – çıxarmaq sözünün əsası, ak – keçmiş zamanı və birinci 
şəxsin təkini bildirən suffiksdir. 
İnkorporlaşma əlaməti başqa dillərdə də müşahidə edilə 
bilər. Məsələn, Azərbaycan dilində buküçəmənədargəlir, ha-
cımənəbax, alışdımyandım, əlinivurmagendədur kimi vahidlər 
cümlə üzvlərinin birləşməsi yolu ilə yaranmışdır. Lakin bun-
lar cümlə kimi yox söz kimi işlədilir. Ancaq gördüyündürmü, 
gəldiyimdi kimi bir vahiddə biləşmiş sözlər, əslində, inkorpor-
laşmış cümlə kimi işlədilir. “Gördüyündürmü?” sözü sən məni 
niyə görməyibsən, görüşməyibsən?; “Gədiyimdi”-sözü isə göz-
ləmə, mən gəlməyəcəyəm anlamında işlənir. Dünya dillərinin bu 
dörd qrupa bölünməsi şərtidir. Bu mənada ki, fəaliyyətdə olan 
bütün dillərdə başqa-başqa qrupların əlamətlərini görmək müm-
kündür. Məsələn, köksözlü dillərdəki ikihecalılığın təzahürü 
onlarada morfoloji əlamətin formalaşmaqda olduğundan xəbər 
verir. Analitik-flektiv dillərdəki təkhecalılığın və sonşəkilçilili-
yin (suffiksin) mövcudluğu aqlütinasiya əlamətləridir. Aqlütina-
tiv dillərdə söz əvvəlinə sözdüzəldici əlamətlərin əlavəsi, yəni 
qrammatik söz yanaşması (nə bilir, nə danışır, nə yaxşı, bu yan, 
o yan, nə əcəb, nə gözəl) ifadələri analitiklik elementləridir. İn-
korporlaşan dillərdə cümlələrin sözlərə çevrilməsi köksözlülüyə 
qayıdış istiqamətləri kimi başa düşülə bilər. Bu o demək deyildir 
ki, dillərin daxili quruluşunda etapların bir-birini izləməsi labüd 
inkişaf istiqamətidir. Əksinə, köksözlü dillərin öz quruluşunda, 
digər dillər isə müvafiq strukturda fəaliyyət göstərir. Dillərin 
daxili dəyişməsi nitq aktivliyi ilə ölçülür. Ona görə demək ol-
maz ki, bütün müasir dillər zaman-zaman öz quruluşlarındakı 
nisbi sabitliyi saxlayacaqlar.
Dillərin daxili quruluşundan danışarkən sintetiklik barədə 
də izahlar lazım gəlir. Elə bir dil yoxdur ki, onda bu və ya di-
gər quruluşlu dillərin əlamətləri müşahidə edilməsin. Məsələn, 
Azərbaycan dili aqlütinativ dil olduğu halda bu dildə flektivli-



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin