Linqvistik tipologiya 65 yin, analitikliyin və inkorporasiyanın izlərinə rast gəlmək olur.
Ancaq Azərbaycan dilində aparıcılıq aqlütinativ quruluşa aid-
dir. Bu mənada sintetiklik əlamətlərinə də ayrı-ayrı dillərdə rast
gəlmək olur. Sintetik termini mənşəcə yunan dilinə məxsusdur.
Mənası yanaşma, birləşmə deməkdir. Sintetik dillərdə qramma-
tik əlamətlər mövcuddur. Yəni belə dillərdə həm ismə, həm də
felə aid qrammatik şəkilçilər formalaşmışdır. Sintetik dillərdə
qrammatik əlamətlər olmasına baxmayaraq bu dillərdə şəkil-
çilərin söz sonuna qoşulması aqlütinativ quruluşlu dillərdən
fərqlənir. Belə ki, məsələn, söz sonuna qoşulan şəkilçilər hər
bir qrammatik kateqoriyanın özünə aid olur. Məsələn, rus di-
lində sintetiklik əlaməti mövcuddur. Sözə yalnız bir qrammatik
şəkilçi qoşulur: страна, страны, стране, страну, страной, странах. Şəkilçilərin söz sonunda ardıcıl sırası mövcud deyil-
dir. Məsələn, Azərbaycan dilindəki kitablarımdan sözü rus di-
lində из моих книг kimi ifadə edilir. Fars dilində “Bu mənim
qardaşımdır” cümləsi “İn bəradəre mən əst” kimi deyilir. Yəni
bu cümlələrdəki “kitablarımdandır”, «qardaşımdır» sözlərində-
ki qrammatik vasitələr rus və fars dillərində ardıcıl şıralanmır.
Sintetik dillərlə aqlütinativ dillərin fərqi odur ki, sintetik dillərin
söz sonunda şəkilçi sıralanması baş vermir. Aqlütinativ dillərdə
isə silsilə sözdüzəldici şəkilçilərdən sonra silsilə qrammatik şə-
kilçilər gəlir: yara-d-ıcı-lar-ımız-dan-dır-lar. Sintetiklik polyak,
qədim yunan və latın, macar, rus və erməni dilləri üçün səciyyə-
vi əlamətdir.
Dillərin daxili quruluşunun müxtəlifliyi dilçilikdə ayrı-ayrı
nəzəriyyələrin yaranmasına da səbəb olmuşdur. Məsələn, N.Y.
Marr və İ.İ.Meşşaninov stadial nəzəriyyə adı ilə yalnış bir fər-
ziyyə irəli sürərək göstərirdilər ki, dillərin həyatında mərhələli
bir inkişaf vardır. Bu nəzəriyyənin əsası XIX əsrin alman ali-
mi Avqust Şleyxerin bioloji nəzəriyyəsinə əsaslanır. Mərhələli
(stadial) nəzəriyyəyə görə dillər öz bünövrəsini köksözlülükdən