Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə35/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
37
dil yarada idi. Onda necə olur ki, dünyanın müxtəlif guşələrində 
mövcud olan ayrı-ayrı dillərin arasında heç bir kontakt yaran-
madığı halda müştərək elementlər baş vermiş olurdu? Bu suala 
cavab vermək üçün onu nəzərə almaq lazımdır ki, dünyanın han-
sı ərazisində baş qaldırmasından asılı olmayaraq bütün insanlar 
idrakdan təfəkkürə keçidi olan şüurla yaranır. Təfəkkürün ya-
ratdığı imitasiya prosesində isə oxşar tipoloji əlaqələrin olması 
istisna sayılmamalıdır. Məhz təbiətin insana və cəmiyyətə aid 
hadisə və proseslərin oxşar imitasiyalarla qavranılması ərazi eti-
barı ilə bir-birindən uzaq məsafədəki dillərin arasında müştərək 
elementlərin yaranmasına səbəb olmuşdur. Burada yenə bir sual 
peyda olur ki, oxşar təfəkkürlə oxşar imitasiyalar baş vermiş-
sə onda gərək yenə də dillər arasında da kök birliyi mümkün 
olaydı. Ancaq nəzərə almaz lazımdır ki, ilk insanların yaşadığı 
ərazinin, təbiətin, cəmiyyətin və fərdlərin bütün keyfiyyətləri 
bir-birinin üzərinə düşmür. İnsanların məskunlaşdığı ərazilərin 
bəziləri daşlı-kəsəkli, bəziləri dağlı-təpəli, bəziləri çay vadiləri, 
bəziləri meşəlik və s. ola bilərdi. İnsanların isə bir qismi bəsit və 
ya iti təfəkkürlü ola bilərdi. Ona görə də hansı məqamda ətraf 
aləmin, insanın və cəmiyyətin dərki ilə bağlı oxşar imitasiyalar 
baş verə bilmişsə həmin imitasiyaların formalaşdırdığı element-
lərin arasında da müştərəkliklər yaranmışdır. Başqa hallarda 
isə fərqli elementlər əmələ gəlmişdir. Mövcud tədqiqatlarda da 
hökm verilmir ki, müxtəlifsistemli dillərin arasındakı bütün ele-
mentlər genetik cəhətdən eyni olan koqnitiv köklərdən ibarətdir. 
Tədqiqatlarda, fakt budur ki, oxşarlığı təsdiq edilən elementlər-
dən bəhs olunur.
Dillər ayrı-ayrı ərazilərdə müxtəlif zamanlar ərzində for-
malaşdığından mümkündür ki, analoji imitasiyalar əsasında baş 
verən tipoloji oxşarlıqlar da eyni vaxta düşməmiş olsun. Ona 
görə də hansı qrup sözlərdə müştərəklik olmasının təhlili üçün 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin