Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə32/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
34
Yox özündən xəbəri kim ki, gəlir dünyayə
Bəzmdən dışra qomaz piri-muğan huşyarı. I, 314, 5.
(Dünyaya gələnin özündən xəbəri yoxdur (dünyaya necə 
gəldiyini özü bilmir), o ayıq olsa idi (batini aləmin sirlərinə 
bələd olsa idi) muğlar piri (ilahi varlıq) onu dünya sınağından 
keçmək üçün məclisdən (ilahi dərgahdan) çıxmağa ehtiyac gör-
məzdi). Bu, Füzulinin dünya haqqındakı panteist düşüncəsi idi. 
Ancaq biz deyə bilmərik ki, nə üçün insanlara xeyir verən it 
yarandığı halda həm də ziyanlıq verən canavar, şir, pələng və 
başqa heyvanlar və o cümlədən zəhərli həşəratlar yaranmışdır. 
Yeməli meyvə verən ağaclarla meyvəsi ziyanlı olanlar da yaran-
mışdır. Xeyirli bitkilərlə yanaşı ziyanlı olanlar da yaranmışdır. 
Nəyə görə canlıların bədən materiyası ətdən ibarət olmuşdur? 
Necə olmuşdur ki, canlıların bir qisminin əti həm də digərləri 
üçün yem kimi yaranmışdır? Görünür, burada təbiətin nizamını 
tənzim edən zəncirvari elə bir əlaqə var ki, onu pozmaq olmaz. 
Məsələn, mümkündür ki, canlıların bir qisminin məhv olması 
təbiətdəki hansısa nizamın pozulmasına səbəb olsun. 
2. Təbiətin bir tərkib hissəsi kimi insanın da yer maddəsin-
dən yarandığını təkzib edən əlavə bir dəlil yoxdursa onda belə 
mülahizə etmək məntiqsiz görünməz ki, insan yer üzünün onun 
həyat şəraiti üçün münasib olan məkanlarında yarana bilərdi. 
Bu məkanlar, əlbəttəki, buz üstü yox, səhra yox, münbit şəra-
iti olan ərazilər ola bilərdi. Yer üzündə nə qədər belə ərazilər 
var? Saymaqla qurtarmaq olmaz. Deməli, insan da başqa var-
lıqlar kimi əlbəttə ki, maddələr mübadiləsinin yetişdirdiyi yer 
üzü sakinlərinin bir qismidir. Mümkündür ki, insan yer üzündəki 
ayrı-ayrı, bir-biri ilə məsafəcə yaxın olmayan ərazilərdə yaranıb 
məskunlaşmış olsun. Həmçinin, belə də hökm vermək olmaz 
ki, bütün ərazilərdə canlılar birdən-birə torpaqdan baş qaldırmış 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin