Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə30/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
32
maq daha əlverişlidir. Ancaq istər canlı dillərin və istərsə də 
ölü dillərin müqayisəsi üzrə aparılan tədqiqat-larda dil ailələ-
rinin yaxınlığı xüsusilə daha artıq nəzərə çarpır. Tədqiqatçılar 
isə eyni ailədən olmayan dillərdə də oxşarlığın mövcudluğuna 
istinad edərək dil ailələrinin şəbəkəsini mümkün qədər geniş-
ləndirməyə və onu hətta nəticədə bütün dillərə şamil etməyə ça-
lışırlar. Ancaq oxşarlıqların sayının artırılması bütün dillər üzrə 
eyni nəticənin alınmasına yardım etmək qüvvəsində deyildir. 
Çünki dünyanın bütün dillərini eyni sap üzərinə düzmək üçün 
hələ vahid bir arqument tapmaq kimsəyə müyəssər olmayıb. Bu 
arqumenti tapmaq isə insanın hansı məkanda yaranmasını təyin 
etmək kimi çətin bir vəzifənin öhdəsindən gəlməyə bərabərdir.
Qlottoxronogiya nəzəriyyəsi
Qlottoxronologiya nəzəriyyəsi yəhudi mənşəli rus emiq-
rantı Morris Svodeşə (22.01.1909-20.07.1967) məxsusdur. 
Qlottoxronologiya termini
mənşəcə yunan dilinə məxsusdur. 
Qlotto - dil, xronologiya zaman mənası bildirir. Qlottoxrono-
logiya nəzəriyyəsi də dilin zamana görə dəyişməsi problem-
lərini araşdırır. Bu nəzəriyyəyə görə iki və artıq eyni mənşəli 
dil müəyyən sözlərin zamana görə dəyişməsi hesabına ilkin 
kökdən ayrılır. Daha sonra bir-birindən fərqlənən dillər əmələ 
gəlir. Qlottoxronologiya nəzəriyyəsinin əsaslandırılması üçün 
iki yüz baza sözü seçilir. (Bunu nüvə sözlər də adlandırırlar). 
Bunlardan ən əsas olan yüzünün və otuzunun üzərində təhlil 
aparılır. Morris Svodeş bu məqsədlə 207 baza sözü müəyyən-
ləşdirib və təhlilləri də həmin sölər üzərində quraraq, hətta, dil-
lərin dəyişməsinin, ilkin kökdən fərqlənməsinin zamanını da 
təyin etməyə cəhd göstərir. Qlottoxronologiya nəzəriyyəsini ulu 
dil məsələsinə yaxınlaşdıran cəhət iki və daha çox eyni mən-
şəli dilin zaman-zaman ayrılıb fərqlənməsindən ibarətdir. Bu 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin