Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə27/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
29
ibtidai insan dəstələrinin ilkin adlandırma və fərdi dil xüsu-
siyyətləri ilə fərqlənsə də tədricən vahid dil kimi ümumiləşmə 
prosesi keçmişdir. Biz bunu ulu dil adlandırırıq. 35-40 min il-
lik müddət ərzində ulu dil tam təşəkkül tapmış, mürəkkəbləşmə 
istiqamətində böyük inkişaf yolu keçmiş, sonrakı minilliklərdə 
miqrasiyaların çoxalması ilə parçalanma başlamış, tədricən ilkin 
forma-quruluş etibarı ilə bir-birindən fərqlənən və gələcək dil 
ailələrinin başında duran protodilləri doğurmuşdur”.
1
Müxtəlifsistemli dillərdə oxşar əlamətlərin müəyyənləşdi-
rilməsi əsasında onların ulu qohumluğunun sübut edilməsinə 
həsr olunmuş çoxlu sayda tədqiqatlar mövcuddur. Bu əsərlərdə 
hansısa meyl təqiqatçını bəzi oxşarlıqlara görə daim “ulu dil” 
məsələsinə yönəldir. Tatar dilçisi Abrar Karimulin (1925-2000) 
hindu dillərinin türk dillərinin müqaysəsinə aid 8 sözü nümunə 
gətirir: kan (siu dakoto) kan (qan) (türk), min (siu daktoto) ben
mənmin (türk), kull (maya) (əlini qaldırmaq) kolkulqol (türk), 
ti (maya) tişdiş (türk), u (maya) Ay (Ay) (türk), bil (maya) bel-
gu, belu (tat), bil (türk), ike (maya), (siu doktoto) ikeiki (türk), 
por (keçua) ört (türk) pört (yanmaq).
2
Hindu dilləri ilə türk dilləri arasında bu tipli paralellərin 
olması barədəki fikirlər haqqında rəy yazan müəlliflər belə nü-
munələrə əsasən hətta hinduları və türkləri vahid ulu dil mənşəli 
bir etnogenez kimi qələmə verməyə cəhd göstərirlər. Zamir Oso-
rov “Kirqizı i indoevropeyüı” adlı əsərində
3
göstərir ki, Abrar 
Karimulin (1819-1908) Amerika dilçisi Fredrik Lyuis Otto Re-
riqin fikirlərini davam etdirərək hindu və Ural-Altay dilləri ara-
1
Д.Г.Редер, Е.Черкасова. История древнего Мира. М., “Просвещение”, 
1955, с. 34-35; Q.Kazımov. Azərbaycan dilinin tarixi. Bakı, 2009, I fəsil. 
Dünya dillərinin qohumluğu. Monogenez. s. 11-12. 
2
Ю.Д.Арепьев, А.В.Маловичко. “Комментарии о книге Абрара Карим-
уллина. Прототурки и индейцы Америки. По следем одной гипотезы”. 
лащ. ру
. техт/арепйев/линэ.щтм.
3
Замир Осоров. Киргизы и индейцы. www. проза. ру (рор/0328/1437.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin