Linqvistik tipologiya 33 cür dillərin zamanını daha qədimə apardıqda belə çıxır ki, elə
bütün dillər eyni mənşədən törəyib və sonralar bu dillər ayrılıb
müstəqil dillərə çevriliblər. Morris Svodeş, hətta, bu dillərin ya-
ranma zamanını təyin etmək məqsədi ilə müvafiq düsturlar da
müəyyənləşdirmişdir. Onun qlottoxronologiya barədəki fikirlə-
ri aşağıdakı əsərlərində ümumiləşdirilib: 1.”Лингвистические
связи Америки и Евроазии”,-“Етимология”, 1964, 1965; 2.
Лексикостатистическое датирование этнических контактов
– “Новое в лингвистике”, вып. 1. М., 1960.
Dilin yaranması barədəki bütün fikir və mülahizələri müqa-
yisə edərək aşağıdakı nəticələrə gəlmək olar:
1. Dilin yaranması yer üzündə insanın yaranması ilə bağlı-
dır. İnsan nə zaman yaranmışdır və necə yaranmışdır? – sualla-
rına isə cavab olmadığı faktdır. Onda insanın nədən yaranması
sualına cavab tapılmalıdır. Bu sualın cavabı isə maddi aləmin
özündədir. Yəni yer üzündə bitkidən tutmuş insana qədər nə
varsa hamısı maddi aləmin məhsuludur. Görünür, zaman-zaman
yer üzündə maddi aləmin bizə məlum olmayan elementlərinin
qaynayıb-qarışmasından, qarşılıqlı mübadiləsindən müəyyən
müddətə həm bitki ötrüyü, həm heyvanlar, suda-quruda yaşayan
canlılar, həm də insanlar yaranmışdır. “Quran”ın 36-cı (Yasin)
surəsinin 33-cü ayəsində deyilir ki, “Ölü torpaq onlar üçün (in-
sanlar üçün) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa,
buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyir-
lər”. Görünür, doğrudan da təbiətdə elə bir hadisə baş vermişdir
ki, yer maddəsi ilə göy maddəsinin təmasından min və milyon
illər ərzində bitki örtüyü, insanlar və digər canlı məxluqlar ya-
ranmışdır. Ancaq bütün canlılardan fərqli olaraq təfəkkür sahi-
bi kimi yaranmış insanlar sonrakı dövrlərdə böyük kəşflər əldə
etmələrinə baxmayaraq özlərinin yaranmaları haqqında heç bir
məlumata malik ola bilməmişlər. Böyük mütəfəkkir Məhəmməd
Füzuli də belə deyir ki,