Mübariz Yusifov 30 sında ulu dil qohumluğunu istisna etmir. Zamir Osorovun özü
də qırğız dili bazasında hindu və türk dilləri arasında paralellə-
rin olduğuna dair aşağıdakı kimi nümunələri misal göstərir: siu
dakoto-, kuva türk, kuu (qovmaq), siu dakoto- basku türk- kəs (biç, bıçaq), siu dakoto- iç türk- eç, iç(əri), siu dakoto- ooç türk
aş (yemək), siu dakoto- koş türk- kuş (quş), siu dakoto- çalan türk- yılan (çılan, ilan), siu dakoto- ti (dişləmək) türk- diş, tiş,
siu dakoto- tata, türk- ata siu dakoto- ari, türk- arık (arıq), siu
dakoto- qo, türk- qovmaq 1
.
Bu cür paralelliyə qalmış olsa, türk dilləri ilə Avropa, Çin,
Yapon, Koreya və digər dillər arasında müştərək elementlər tap-
maq olar. Bu halda iddia etmək olarmı ki, türk xalqlarının elə
həmin xalqlar ilə də genetik qohumluğu vardır?
“Ulu dil” nəzəriyyəsinə görə sonrakı proseslərdə bir kök
dilin üzərində böyük dil ailələri, məsələn, prahind-Avropa, pra-
türk, protosami və s. böyük dil ailələri formalaşmışdır. Görün-
düyü kimi, bu yanaşma yeni deyildir, Platondan tutmuş alman
alimçiləri F.Ditsə və Şuxarta, oradan Marra qədər gələn və ma-
yasında diskriminasiya daşıyıcısı olan konsepsiyadan ibarətdir.
Belə ki, bu nəzəriyyənin məntiqinə görə hər hansı böyük dil ailələrinin nümayəndələri özlərini “ulu dil”in varisləri adlandı- ra bilərlər. Harada nüfuz güclüdürsə, fikir sahibi də o ola bilər. Həqiqət isə bunların arxasında gizli qalmağa məhkum olar. Ona
görə də görülən işlərin əhəmiyyətini azaltmayaraq bütün nəzə-
riyyələri, fikir və mülahizələri, eləcə də indiyədək bu sahədə
görülən işlərin nəticələrini ümumiləşdirib daha optimal variant
tapmaqa ehtiyac vardır.
“Ulu dil” axtarışı üzrə aparılan tədqiqatlarda oxşar sözlərin
aktiv kontakt və alınma prosesinin, həmçinin, qədim insanların
ətraf aləmi bir vəhdət təşkil edən düşüncə ilə qavramasının mə-
hulu olduğu da göstərilir. Məsələn, Sergey Anatolyeviç Starostin
1 Замир Осоров. Киргизы и индейцы. www. проза. ру (рор/0328/1437.