Linqvistik tipologiya 25 söhbət gedə bilər. Başqa tərəfdən, heç bir cəmiyyət hələ xüsu-
si bir dil yaratmayıb. Belə olsa idi təfəkkür cəhətdən az inkişaf
etmiş cəmiyyət dil yaradırdısa nə üçün abstrakt təfəkkürün inki-
şafı dövründə müasir cəmiyyət yeni və başqa dillər yaratmayıb?
Ona görə ilkin dövrə qayıtdıqda dilin təkcə şüurla əlaqəsini eti-
raf etmək elə bir səmərəli nəticə verməz.
Dil şüur-təfəkkür və insanla təbiətin münasibətlərinin, hiss
və duyğunun, qavrayış və idrakın, həmçinin, digər psixofizioloji
prosesin məhsulu kimi qiymətləndirilməlidir.
Ulu dil nəzəriyyəsi Dillərin formalaşmasında ulu dil nəzəriyyəsi deyilən bir
konsepsiya haqqında da müxtəlif fikir və mülahizələr irəli sürül-
müşdür. Ulu dil nəzəriyyəsinin kökündə Platonun təbiət nəzə-
riyyəsi durur. Platona görə söz təbiətdəki əşya və hadisələrin
instinktiv olaraq insan tərəfindən qavranılması yolu ilə əmələ
gəlmişdir. Buradan belə çıxır ki, dil insan toplusunun təbiətlə
əlaqə və münasibəti sayəsində yaranmış və sonra insan cəmiy-
yəti artdıqca, çoxaldıqca, yayıldıqca dil də yayılmışdır. Yayıl-
dıqca da dil fərqlənmələri baş vermiş və nəticədə eyni kökdən
müxtəlif-müxtəlif müstəqil dil budaqları peyda olmuşdur. Bu
nəzəriyyə daha çox Adəm dili barəsindəki təsəvvürlərə yaxın-
laşır. Adəm dili barədəki şərhlərdə də deyildiyi kimi, “Adəm öz
övladları ilə (qəbilələrlə) müxtəlif dillərdə danışırmış”. Əslində,
kökü dini kitablardan başlamış və Platonda təbiət nəzəriyyəsi
kimi ortaya çıxan bu fikir və mülahizələr sonradan “ulu dil”
barədəki düşüncələrin yaranmasına səbəb olmuşdur.
“Ulu dil” barədəki fikirlər XIX əsrdə müqayisəli tarixi dilçi-
liyin yaranması ilə canlanmışdır. Bu nəzəriyyənin yaranmasında
Avqust Şleyxerin (1821-1868), Frans Boppun (1791-1867) və
Rasmus Raskın (1787-1832) mühüm xidmətləri olmuşdur. Bu