Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə16/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
18
mutasiyanın həqiqət kimi əsaslandırılmasına cəhd göstərilir. Tə-
kamülü isə mutasiya ilə qarışdırmaq olmaz. Təkamül mövcud 
olan həqiqətdir, təbiət hadisələrinin, şüurun, ağılın, təfəkkürün 
və cəmiyyət hadisələrinin ibtidaidən aliyə doğru inkişaf prose-
sidir. Mutasiyanın isə həqiqətlə bağlı heç bir mənbəyi və təməli 
yoxdur. Mutasiya barədəki düşüncələr də xəyaldır, illüziyadır, 
əfsanədir. Doğrudur, nağıllarda, folklor ədəbiyyatında mutasiya 
təsəvvürü ilə əfsanələrə rast gəlmək olur. Ancaq bunun həqiqətə 
uyğunluğu yoxdur. Hətta, Quranda insanların əməllərinə görə 
ayrı-ayrı şəkillərə düşə biləcəyi barədə hökmlər vardır (“Əraf” 
(7), 116; 179; “Məhəmməd” (47), 12; “Yasin” (36) 67.
Fuzulinin bir beytində də belə deyilir:
O qəmlər kim, mənim vardır, bəirin başına qoysan
Çıxar kafir cəhənnəmdən, gülər əhli-əzab oynar.
“Mənim o qədər qəmim vardır ki, onları dəvənin başına 
qoysan, dəvə kədərdən incəlsə (“Əraf” surəsi, 40-cı ayə), iy-
nənin gözündən keçsə, o zaman kafir cəhənnəmdən çıxa bilsə 
(kafir o zaman cəhənnəmdən çıxa bilər ki, dəvə incəlib iynənin 
gözündən keçsin) onda əhli-əzab (bu dünyada kafirlərdən əzab 
görənlər (“Bəqərə” surəsi, 15-ci ayə) onları it, meymun və digər 
əcaib şəkillərdə görüb gülüb istehza edib oynayarlar”. 
Göründüyü kimi, Quranda da mutasiya barəsindəki işarələr 
əslində həqiqi bir təkamül kimi yox, zahiri yox, batini təsəvvür 
mənasında çatdırılır. Yəni insanların bəziləri öz əməllərinə görə 
zahirdə insan sifətində görünsələr də batində onlar xaraktercə it 
kimi, donuz kimi, tülkü kimi, ilan kimi və digər əcayib heyvan 
sifətində olurlar.
İnsanın, heyvanın, quşların, bitkilərin hamısının mənbə-
yinin torpaq olduğu şübhə ilə qarşılanmır. Ancaq necə olur ki, 



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin